İvanovka günəbaxan yağı

Bu yağ İvanovkanın – XIX əsrdə itaətdən imtina etmiş və Rusiyadan sürgün olunmuş molokan kəndinin ənənəvi məhsuludur. İvanovkada yağ istehsal edən zavod molokan kooperativlərinin fəaliyyət göstərdiyi bir vaxtda – 1920-ci ildə yaradılmışdı (avadanlıq 1897-ci ildə geri gətirilmişdi). O vaxtdan bəri yağ kəndin və kollektiv təsərrüfatın rəmzinə çevrilmişdir. Sovet dövründə ağ zolaqlı solğun toxumları olan məhsuldar günəbaxan növü becərilirdi; son zamanlar […]

Ətraflı

Kür ilanbalığı

İlan balığını yalnız qışın son günlərində ovlayırlar. Əsasən, Neftçala şəhəri yaxınlığında Xəzər dənizinə tökülən Kür çayının aşağı hissəsində ovlanılır. Tarixən yerli əhali üçün əsas yaşayış vasitəsi balıq olmuşdur. Torpağın yüksək dərəcədə şoranlığı və aşağı dərəcədə məhsuldarlığı bu regionda kənd təsərrüfatının inkişafını çətinləşdirmişdi. Buna baxmayaraq, sonrakı dövrlərdə bol su ehtiyatları heyvandarlıq üçün imkanlar yaratmışdı. Yerli əhali üçün bu, onların individuallığının bir […]

Ətraflı

Qafqaz camışı

Qafqaz camışının təqribən 70%-i Azərbaycanda çoxaldığından, bu cins həm də “Azərbaycan camışı” adı ilə tanınır. Bu heyvanlara İranın həmsərhəd ərazilərində də rast gəlinir. Camış çox tələbkar heyvan deyil. Amma o, torpağın bərəkətini artırmağa kömək edir ki, bu da onların saxlanıldığı sahələrin əkib-becərilməsini asanlaşdırır. Qafqaz camışı, xüsusilə Azərbaycanın mərkəzi rayonlarında, bataqlıqlar, göllər və qamış bitki örtüyü ilə zəngin Aran düzündə geniş […]

Ətraflı

Qafqaz dağ şabalıdı

Şabalıd təsərrüfatları Qafqazın şimal qərbindəki Azərbaycanlı dağ əhalisi üçün əsas yaşayış vasitələrindən biridir. Şabalıd ağacları palıd, fıstıq və vələs ağacları ilə birlikdə yetişir. Bu ərazilərin dağ şabalıdlarının ölçüsü çox xırdadır, onların qabığını təmizləmək çətindir. Ondan plov, qalya (buğda bişirilmiş ət) və şabalıd şorbası kimi ənənəvi yeməklər hazırlamaq üçün istifadə olunur. Kənd ərazilərində şabalıdlar sadəcə qovrularaq da yeyilir. Bu şabalıd sortu […]

Ətraflı

Qarabağ qoyunu

Qarabağ qoyunu qaba yunlu, kök quyruqlu qoyun növüdür. Bu qoyunlar dözümlülüyü və ilboyu otlama qabiliyyətinə ilə xarakterizə olunur. Hətta, ilin daha sərt dövrlərində belə, onlar cüzi otlaqlarla kifayətlənirlər. Onlar fəsil dəyişiklikləri zamanı, ən yaxşı otlaqları tapmaq üçün, ərazidən əraziyə köçməyə də yaxşı uyğunlaşıblar. Qarabağ qoyunlarının uzun ayaqları və güclü sümükləri olur. Erkəkləri buynuzlu və ya buynuzsuz ola bilər, amma dişiləri, […]

Ətraflı

Qaraqılçıq buğda sortu

Arxeoloji və paleontoloji araşdırmalar göstərir ki, buğdanın Azərbaycan ərazisində yetişdirilmə tarixi ən azı 6-8 min ildir. Arxeoloji tədqiqatlar zamanı tapılan və e.ə. II-III əsrlərə aid edilən kirkirə və əl dəyirmanları bunu sübut edir. XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi də buğdanın becərilməsi və emalı üsulları haqqında yazmışdır. XIX əsrdən başlayaraq, Azərbaycan ədəbiyyatında sarı buğda, qara buğda, ağ buğda və […]

Ətraflı

Qovurma

Qovurma, Naxçıvan bölgəsinə aid ənənəvi emal edilmiş ətdir. Qışda istifadə etmək üçün yaz, yay və payız aylarında hazırlanır. Tarixi çox qədim dövrlərə bağlıdır. XV əsrdə qələmə alınmış “Kitabi-Dədə Qorqud” dastanında bu qidadan bəhs olunur. Qovurma daha çox dana və ya quzu ətindən hazırlanır. Ət təxminən 120-150 qramlıq hissələrə bölünür və bir gün dinləndirilir. Dinləndirildikdən sonra, ət parçalarının üzərinə bir az […]

Ətraflı
1 2 3 4 5 6 9