Prezidiya artisan qida məhsullarını, yerli heyvan cinslərini, bitki çeşidlərini, ənənəvi əkinçilik və balıqçılıq üsullarını, yox olma təhlükəsi altında olan ekosistemlər və kənd landşaftlarını qoruyub saxlamaq üçün layihələr toplusudur. Bu layihələr əməkdaşlığa, o cümlədən istehsalat qaydaların və məhsulların təşviq yollarının birgə müəyyən edilməsinə hazır olan kiçik miqyaslı istehsalçıları əməkdaşlığa cəlb edir. Onların əsas işi qədim biliklərinin saxlanılması, davamlı təcrübələrin təşviq edilməsi və yerli sahələrin inkişaf etdirilməsidir.

       Prezidiya özündə yox olma riski olan keyfiyyətli istehsalı ehtiva edir, unikal region və ekosistemləri, yerli heyvan cinsi və bitki növlərini qoruyur, həmçinin ənənəvi emal metodlarını bərpa edir. İllər keçdikcə layihə Slou Fudun kənd təsərrüfatı və biomüxtəliflik üzrə siyasətini tətbiq edən ən effektiv alətlərdən birinə çevrilmişdir. Hazırda 13.000 istehsalçından ibarət 500 Prezidiya mövcuddur.