Torpaqdan Bazara

‘Torpaqdan bazara’ yalnız ərzaq məhsullarının alış-satış yeri deyil. Bu, Slow Food-un çoxşaxəli ərzaq ideası ətrafında qurulmuş Slou Fud prinsiplərinə uyğun fəaliyyət göstərən beynəlxalq bazar şəbəkəsidir: bu, yalnız qida mənbəyi deyil, tariximiz, kimliyimiz, mədəniyyətimiz, sağlamlığımız, torpağımız və gələcəyimizdir.

Baş qəhrəmanlar kiçik istehsalçılar və qida üzrə peşəkarlardır. Onlar ancaq öz hazırladıqları məhsulları satır və məhsullarının keyfiyyətinə şəxsən zəmanət verirlər.

‘Torpaqdan bazara’ dəzgahlarında keyfiyyətli, təmiz və ədalətli qida məhsulları görə bilərsiniz: bu məhsullar yerli, təzə, mövsümi və ekoloji cəhətdən təmizdir, alıcı və satıcılara ədalətli qiymətlərə təklif olunur.

‘Torpaqdan bazara’ yüksək keyfiyyətli məhsul almaq, icmalar qurmaq, mübadilə və maariflənmə aparmaq üçün yerdir.

Hazırda ‘Torpaqdan bazara’ destinasiyası 28-dən çox ölkədə mövcuddur, müxtəlif mədəniyyətlərə məxsus yer və insanları özündə əks etdirir. Fərqli formalarda olsalar da (böyük şəhər bazarından kiçik yerli bazara, daimidən səyyar formalara qədər), ümumi bir baxışa sahibdir.

Dünyada ‘Torpaqdan bazara’ destinasiyalarını kəşf etmək üçün buraya daxil olun.