Dad Gəmisi bütün dünya mədəniyyəti və adət-ənənələrinin bir hissəsi olan və yox olmaq təhlükəsi qarşısında qalan qidalar üzrə onlayn kataloqdur.

        Bitki və heyvan növləri, emal olunmuş məhsullar, pendir, konservləşdirilmiş ət çeşidləri, çörək və şirniyyat növləri ilə yanaşı fermerlərin və əsnafların bildikləri məlumatlar da yox olmaqdadır. Dad Gəmisi bu cür məhsulların hələ də mövcud olduğunu göstərmək, onların yox olma təhlükəsi qarşısında qalmasına diqqət çəkmək və onları axtarmaq, almaq və istifadə etməklə, hekayələrini danışmaqla, istehsalçılarına dəstək olmaqla və bəzi hallarda (məs: nəsli kəsilmək təhlükəsi altında olan yabanı növlərin) mühafizə edilməsi və çoxaldılmasının təşviq edilməsi ilə hər kəsi bu cür məhsulları qorumağa dəvət etmək üçün təsis edilib.

        Ümumi məqsəd toxum bankı, genetik material kolleksiyası və ya ənənəvi bilikləri nümayiş etdirmək üçün muzey yaratmaq deyil, yerli iqtisadiyyatı dəstəkləmək üçün bu mənbələri yenidən kəşf etmək və onlara dəyər verməkdir.

Ata-baba fındığı

Azərbaycan dünyanın 5-ci ən böyük fındıq istehsalçısıdır. Qafqaz Dağlarının ətəyində, xüsusilə Qax, Zaqatala, Balakən rayonlarında yetişən ata-baba fındığı isə ölkəmizin fındıq istehsalının 80%-i təşkil edir. Avqustun sonu yetişərək yerə tökülən fındıq sentyabrda toplanır. Qabığından odun sobalarında yandırılmaq üçün istifadə olunur.

Ətraflı