Baltalı düyüsü

Qədim dövrlərdən Azərbaycanda düyü Şəki-Zaqatala, Aran və Lənkəran-Astara iqtisadi rayonlarında yetişdirilmişdir. Bu ərazinin subtropik iqlimi düyünün becərilməsi üçün əlverişlidir. Əvvəllər, bu rayonların sakinləri düyüyə buğdadan daha çox dəyər verirdilər. Düyü ənənəvi milli mətbəxə daxil olmuşdur. XVIII-XIX əsrlərdə Lənkəran-Astara bölgəsindən olan zəngin tacirlər Rusiya bazarlarına düyü, ipək, tərəvəz və balıq məhsulları ixrac edirdilər. Ticarət əlaqələri Lənkəran şəhərində sənayenin və təhsilin inkişafına böyük töhfələr vermişdir. 1940-1950-ci illərdə suvarma sistemlərinin sistematik qurudulması da daxil olmaqla, Sovet İttifaqının tətbiq etdiyi dəyişikliklər düyünün becərilməsinin və süni göllərdə balıqçılıq vətəgələrinin tənəzzülünə səbəb oldu. 1928-ci ildə 102 min ton həcmində rekord məhsul yığımından sonra düyü məhsullarının həcmi növbəti onilliklərdə hər il tədricən 5-10 min tona enməyə başladı. 2011-ci ildə Azərbaycan öz düyü istehsalı imkanlarını bərpa etdi və 2017-ci ildə məhsulun həsmi 16 min tonadək yüksəldi.

Şəki rayonunun Baltalı kəndində yetişdirilən bu düyü yumşaq teksturalı, süd rəngli, iri dənlidir. Bu düyünün bir qismi su dəyimanında üyüdülür və Şəki halvası və bir çox digər yerli şirniyyatların hazırlanmasında istifadə olunur. Həmçinin bazarlarda satılır, yerli mətbəxdə istifadə olunur. Lakin buna baxmayaraq, əhalinin əksəriyyəti plovun və digər ənənəvi yeməklərin hazırlanmasında idxal olunmuş düyülərə üstünlük verir.