Orxan Muxtarov

On beş yaşındaykən İnturist otelində aşpazlıq karyerasına başlayan Orxan Muxtarov altı il sonra AZZA restoranlar şəbəkəsində icraçı şef kimi fəaliyyətə başlayır. 2013-də Fairmont otelində Böyük aşpaz (sous chef), 2017-ci ildə isə Baku Marriott Hotel Boulevard-da Baş aşpaz vəzifələrində işləyir.

Orxan karyerası boyunca Hilton, Hyatt və Holiday Inn kimi bir sıra nüfuzlu otellərdə çalışmışdır. O, beynəlxalq yarışların iştirakçısı, həmçinin bir sıra kubok və medalların sahibidir.

Orxan Muxtarov Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasının həmtəsisçisi və sədridir. O, eyni zamanda Slow Food Azərbaycan Aşpazlar Alyansının fəal üzvüdür.