Firdovsi İsmayılov
Firdovsi İsmayılov 1968-ci ildə Azərbaycan mətbəxində mühüm yer tutan Lənkəran şəhərində anadan olub. Kulinariyaya sevgisi uşaqlıq illərindən başlamışdır. Yemək bişirməyin sirlərini ustalarından öyrənərkən Firdovsi Şef Şahhüseynin tövsiyəsilə praktik təcrübə qazanmaq üçün paytaxt Bakıya köçür.
Daha sonra bu səyahət onu Rusiyaya gətirir və burada o, Azərbaycan mətbəxinin təbliği üçün əlindən gələni edir. 2006-cı ildə Novosibirskdə keçirilən Qafqaz mətbəxi müsabiqəsində uğurla iştirak edir. Bu peşəkar nailiyyətlər və təcrübə Firdovsi İsmayılova Şam, Meridian, Bəh-bəh, Nərgiz, Odyssey və hazırki iş yeri olan Yaban Restoranında brend şef aşpazı olaraq çalışarkən kömək edir. Firdovsi İsmayılov Slow Food Aşpazlar Alyansının üzvüdür.