Haqqımızda
“Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” – Avropa İttifaqı tərəfindən maliyyələşən, Slow Food Təşkilatının Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi layihədir.
Layihə, Azərbaycanda kənd icmalarının iqtisadi dirçəlişini və rifahını təşviq etmək məqsədilə, yerli kulinariyanı və mədəni irsi qiymətləndirir, həmçinin aqro-biomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsi ilə əldə edilə bilən, qarşılıqlı dəstək məqsədləri kimi, aqrobiomüxtəlifliyin qorunmasını, iqtisadi inkişafı, yoxsulluğun azaldılmasını birləşdirən inkişaf modelini təbliğ edir.
Layihə, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarının bir hissəsini – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.
Bu ərazilərdə layihə, xüsusilə iki əsas sektoru – kənd təsərrüfatı və qastronomiya turizmini nəzərdən keçirərək, fərdlərin və yerli qastronomiyanın qiymətləndirilməsinə, biomüxtəlifliyin və mədəni irsin qorunmasına, davamlı yaşayış potensialına töhfə verəcək.
Layihə benefisiarların bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də xüsusi qida zəncirinin inkişaf modelinin, pilot rayonların turizm məhsullarının və təcrübələrinin təbliği ilə nəticələnəcək və dövlət səviyyəsində daha da çoxaldılması üçün model kimi xidmət göstərəcək. Daha uzun müddətdə isə o, təbii sərvətlərin vəziyyətinə və sosial mühitə müsbət təsir göstərəcək, işsizliyi və daxili miqrasiyanı azaldaraq, ərazilərin dayanıqlılığını gücləndirəcək.