Cöx

Cöx Böyük Qafqaz regionunda yayılmış köhnəlmiş qatıq növüdür. O, 2 ay çiçəkli otlaqlarda (adətən yonca) otlayan qoyunun südündən hazırlanır. Süd isidilir və qatılaşdırılır, yaranan kütlənin üstü örtülür və səhərə kimi isti saxlanılır, səhər isə zərdab ayrılır. Qalan kütlə (40 litr süd məhsulu, təqribən 30 litr kəsmik) əl ilə yoğrulur, duzlanır və əridilmiş yağla örtülü keramik qazana qoyulur. Qazan torpağa basdırılır və 15 gün orada qalır. Sonra kütlə yenidən yoğrulur və basdırılaraq daha 10-15 gün saxlanılır. Cöx, əsasən, şəxsi istifadə üçün hazırlanır. O, sərin yerdə 1 il ərzində və ya növbəti fəslə qədər saxlanıla bilər. Adətən sağım başa çatdıqda, noyabrdan sonra isti çörəklə yeyilir. Emal üsulu mürəkkəb olduğundan, cöx demək olar ki, tarixə çevrilmişdir.