Heyva rubu

Heyva rubu, əsasən heyva meyvəsinin yetişdiyi fəsildə – oktyabr və noyabr ayları boyunca hazırlanır. Amma təzə heyva olduğu istənilən vaxt hazırlana bilər. Heyva rubu Azərbaycan mətbəxinin sirlərindən biridir və düyüdən hazırlanan yeməklərin, ət məhsullarının üzərində xörək əlavəsi kimi istifadə olunur.

Bundan əlavə, uzun müddət qaynadıldıqda alınan qatı şirə vitamin və zülal tərkibini qoruyub saxladığından, müalicəvi məqsədlər üçün də istifadə olunmuşdur. Bir çay qaşığı şirəni bir stəkan suda həll edib içdikdə həzmə kömək edir. Onun, həm də sümükləri möhkəmləndirdiyi bildirilir.

Hazırlanma reseptinə uyğun olaraq, 10 kiloqram yaxşı yetişmiş heyva tələb olunur. Ondan bir kiloqram lət alınır. Meyvə ləti qaynayana kimi bişirilir, daha sonra parçanın köməyi ilə lətdə qalan şirə götürülür. Parça dəyişdirilir və şirənin süzülməsi davam etdirilir. Daha sonra bir kilo şəkər əlavə edilir və maye aşağı temperaturda ən azı 15 saat qaynadılır. Qaynatma nəticəsində şirənin rəngi tünd qırmızıya dəyişir. Hazır məhsulun dadı həm şirin, həm də turşdur.

Bu məhsul yox olma təhlükəsi ilə üz-üzədir. Onun hazırlanması çox zəhmət tələb edir. Bu gün o, yalnız yerli bazarlarda satılır. Tez xarab olan məhsul olduğundan onun kommersiya məhsulu kimi satılma imkanı məhduddur.