Ata-baba fındığı

Ata-baba fındığı Azərbaycanın qədim fındıq sortudur. Bu ad yerli dialektdə “atadan oğula ötürülən” mənasını verir. Spesifik sortdur, ölkənin şimal hissəsində – Qafqaz dağlarının cənub yamaclarında, Qəbələ və Qax rayonları arasındakı arealda yayılmışdır. Dağ ətəklərinin mülayim iqlimi, su ehtiyatları Azərbaycanın kənd əhalisi üçün vacib gəlir mənbəyi olan fındıq təsərrüfatlarının inkişafına kömək etmişdir. Bu ərazidə, yerli mədəniyyətlə möhkəm əlaqənin təzahürü kimi hər kiçik fermerin bir neçə fındıq ağacı var.  Xalq arasında Ata-baba fındığının müalicəvi qida kimi istifadə edilməsi haqqında məlumatlar var: o, bal ilə birlikdə anemiyanın və yorğunluğun müalicəsi üçün istifadə edildiyindən, xüsusilə süd verən analara tövsiyə olunur.

Ata-baba sortu açıq-qəhvəyi rənglidir, onun sərt qabığı yuvarlaq formaya malikdir. Çəkisi təxminən 2.5 qramdır, yağ tərkibi 68%-ə qədərdir, çox yağlıdır, şirin dadı var. Fındıq bitkiləri kolda 4 metr hündürlüyə qədər böyüyə bilər, lakin bağlarda onun yığımını asanlaşdırmaq üçün, 2.5 metr hündürlüyündə saxlanılır. Meyvələr, ümumiyyətlə, 3-6 fındıqdan ibarət qruplarda fındığın uzunluğundan iki dəfə çox olan bir qabıqda cücərir. Ənənəvi olaraq, düzgün böyümələri üçün, bir fındıq kolu digərindən uzaq məsafədə əkilir. İlk illərdə becərmə qulluğu çox sadədir: əsasən ağacların altındakı sahəni təmiz saxlamaq, dincə qoyulduğu dövrdə üzvi maddələri zənginləşdirmək üçün torpağa düşmüş yarpaqların paylanmasını təmin etmək lazımdır. Hər 2 və ya 3 ildən bir qışda dincə qoyulduğu zaman rütubətin artmaması üçün yarpaqların kifayət qədər havalandırılması təmin edilir, bir qədər budama aparılır. Budama sayəsində yeni əkin üçün fidanlar əldə olunur, qalan ağac isə həm taxta əşyaların isidilməsi, həm də satışı üçün istifadə olunur.

Fındıq avqustun sonundan etibarən, yerə düşməyə başlayan zaman yetişir. Lakin yığım sentyabr ayının sonlarında başlayır: ənənəvi olaraq ağaclar əllə yüngülcə silkələnir və meyvələrin düşməsinə imkan yaradılır. Bəzi istehsalçılar onları toplamaq üçün torlardan istifadə edir, digərləri isə meyvələri birbaşa yerdən yığırlar. Yığıldıqdan sonra fındıqlar təmizlənir, təxminən 15 gün kölgədə qurudulur. Sonra isə sağlam meyvələr deformasiyaya uğramış və ya həddindən artıq balaca olanlardan ayrılır. Fındıqlar möhkəm qabığı sayəsində yaxşı qalır. Qışda vacib qida mənbəyi hesab olunur. Bundan əlavə, onun qabıqlardan odun əvəzinə yanacaq kimi də istifadə edilir.

Ümumiyyətlə, Ata-baba fındığı quru meyvə kimi istehlak olunur. O, təbiətin oyanışının qeyd olunduğu Novruz bayramında şirniyyat hazırlamaq üçün xüsusilə vacib bir inqrediyentdir. Bu bayram münasibətilə çoxlu sayda paxlava və şəkərbura bişirilir.