Yabanı Qafqaz İtburnusu

İtburnu, Girdimançay çayının allüvial düzənliyində və ölkənin şimal-şərq hissəsindəki İsmayıllı rayonunun sahil meşələrində yetişən Rosaceae ailəsində Rosa cinsinə aid çoxillik kol bitkisidir. Rosa cinsinə çoxsaylı növ daxildir: dünyada 300-dən çox növ qeydə alınmışdır ki, bunlardan 42-ə Azərbaycanda rast gəlinir.

Qafqaz yabanı itburnusunun kolunun hündürlüyü 2 metrə çatır və 20-25 il davam edən ömrü boyunca xüsusi qulluq tələb etmir. Həm açıq, həm də tünd çəhrayı rəngdə ətirli gülləri təxminən mayda çiçək açır. Meyvəsi oval formada olan kiçik qırmızı giləmeyvələrdir. Lətinin tərkibində C vitamini var, lakin kiçik tükcüklərinə görə çiy yeyilə bilməz. Məhsul sentyabr ayının sonlarında – oktyabr ayının əvvəlində toplanmağa başlanılır. Bitki meşələrdə yetişir və üzərində heç kimin mülkiyyət hüququ yoxdur. Məhsul yığanlar məhsulun cəmiyyətin xeyri üçün təməl bir qida mənbəyi olduğunu bildiklərindən zorakı texnika istifadə etmirlər: onlar bitkilərin sağlamlığına, dağların və meşə landşaftının qorunmasına hörmətlə yanaşmalıdırlar.

Yabanı itburnu məhsulları qədim zamanlardan bəri Qafqaz dağlarında yaşayan Azərbaycanın kənd əhalisinin mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. İtburnu məhsulları ilə bağlı ənənəvi biliklər nəsildən-nəslə keçərək bu qida mənbəyini yox olmaq təhlükəsindən qoruyub saxlamışdır. Bu xüsusiyyətinə görə məhsul heç vaxt bazara çıxarılmamış, əsasən ailələrin şəxsi istehlakı üçün istifadə edilmişdir. Bugün, dağlıq ərazilərdə yaşayışın azalması, gənclərin kənd yerlərini tərk etməsi və bu yabanı növlə əlaqəli məlumatın olmaması səbəbindən itburnu məhsullarının yox olma riski yüksəkdir. Slow Food Prezidiumu bu bilikləri qoruyub saxlamaq, icmadan məhsul yığımı və istehsalı prosesinə xüsusilə gənclər olmaqla, yeni insanları cəlb etmək məqsədilə yaradılmışdır. Prezidium yerli səviyyədə olan daha çox yeni satış kanallarına çatmaq məqsədilə bir tərəfdən məhsulların görünüşünün və məlumatının daha yaxşı olması üçün, digər tərəfdən isə marketinq strategiyası üzərində işləyəcək. İstehsalçılar tərəfindən imzalanan istehsal protokolunun əsas sütunu ənənəvi məhsul yığımı və emalı üsullarına riayət etməyi təmin edir.