Baltalı düyüsü

Qədim dövrlərdən Azərbaycanda düyü Şəki-Zaqatala, Aran və Lənkəran-Astara iqtisadi rayonlarında yetişdirilmişdir. Bu ərazinin subtropik iqlimi düyünün becərilməsi üçün əlverişlidir. Əvvəllər, bu rayonların sakinləri düyüyə buğdadan daha çox dəyər verirdilər. Düyü ənənəvi milli mətbəxə daxil olmuşdur. XVIII-XIX əsrlərdə Lənkəran-Astara bölgəsindən olan zəngin tacirlər Rusiya bazarlarına düyü, ipək, tərəvəz və balıq məhsulları ixrac edirdilər. Ticarət əlaqələri Lənkəran şəhərində sənayenin və təhsilin inkişafına […]

Ətraflı

Cöx

Cöx Böyük Qafqaz regionunda yayılmış köhnəlmiş qatıq növüdür. O, 2 ay çiçəkli otlaqlarda (adətən yonca) otlayan qoyunun südündən hazırlanır. Süd isidilir və qatılaşdırılır, yaranan kütlənin üstü örtülür və səhərə kimi isti saxlanılır, səhər isə zərdab ayrılır. Qalan kütlə (40 litr süd məhsulu, təqribən 30 litr kəsmik) əl ilə yoğrulur, duzlanır və əridilmiş yağla örtülü keramik qazana qoyulur. Qazan torpağa basdırılır […]

Ətraflı

Dümsüyyə düyüsü

Dümsüyyə düyüsü Azərbaycanda, xüsusilə Lənkəran, Masallı və Astara rayonlarının bəzi yerlərində yetişdirilən qara uzun dənəli düyü çeşididir. Mart və aprel aylarında əkilir və avqust ayının əvvəlində yığılır. Tarixən bu düyü Talış icması tərəfindən becərilirdi və hələ də yerli qastronomik ənənələrdə mühüm rol oynayır. Dümsüyyə düyüsü yox olma təhlükəsi altında olan çeşiddir. 1965-ci ildə Sovet İttifaqının düyü becərilməsini dayandırmaq və əvəzində […]

Ətraflı

Heyva rubu

Heyva rubu, əsasən heyva meyvəsinin yetişdiyi fəsildə – oktyabr və noyabr ayları boyunca hazırlanır. Amma təzə heyva olduğu istənilən vaxt hazırlana bilər. Heyva rubu Azərbaycan mətbəxinin sirlərindən biridir və düyüdən hazırlanan yeməklərin, ət məhsullarının üzərində xörək əlavəsi kimi istifadə olunur. Bundan əlavə, uzun müddət qaynadıldıqda alınan qatı şirə vitamin və zülal tərkibini qoruyub saxladığından, müalicəvi məqsədlər üçün də istifadə olunmuşdur. […]

Ətraflı

Xarıbülbül çayı

Bülbül gülü olaraq da bilinən xarıbülbül, xüsusilə Şuşa bölgəsində yetişən nadir səhləb bitkilərindəndir (Orchis caucasica və ya Ophrys mammosa). Xarıbülbül aprel ayında çiçək açır və meyvələrini iyun ayına qədər tapmaq mümkündür. Yamaclarda, tarlalarda, meşələrin yanında və kolların arasında böyüyür. Gövdəsi təxminən 20-40 sm hündürlüyə çatan və 5-6 gül dəstəsi yetişdirən çoxillik bir bitkidir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya […]

Ətraflı

İsmayıllı sarımsağı

İsmayıllı rayonu, xüsusilə isə İvanovka kəndi, XIX əsrdə Rusiyadan didərgin düşmüş və 1846-cı ildə kəndin əsasını qoymuş ilk molokanlar tərəfindən gətirildiyi ehtimal edilən sarımsaq növünün tarixən becərildiyi ərazidir. Bu sarımsaq növü əsası qoyulduğu gündən bəri İvanovka kolxozunda istehsal edilmişdir. Sovet dövründə məhsulun böyük bir hissəsi, xaricdən gətirilən pal-paltar müqabilində, kolbasa istehsalında istifadə olunmaq üçün Macarıstana ixrac edilirdi. Sovet İttifaqı dağıldıqdan […]

Ətraflı

İtburnu mürəbbəsi

İtburnu mürəbbəsi ölkənin şimal-şərq hissəsində, Girdimançay çayının sel yuyan ovalığında və İsmayıllı rayonunun çay boyunca yerləşən meşələrində yabanı halda bitən itburnu kolunun çiçəkləri ilə hazırlanır. Ləçəklər yerli sakinlər tərəfindən çiçək tam açılanda, yəni baharın sonu və payızın əvvəlində toplanır. Çiçəkləri qorumaq üçün onlara az miqdarda şəkər əlavə olunur və qablara yerləşdirilərək təxminən qırx gün isti günəş altında saxlanılır. Günəşdə mayalanandan […]

Ətraflı
1 2 3 4 5 9