Qafqaz Camışı

Geniş bataqlıqlar sayəsində Azərbaycanda camışçılıq qədim dövrlərdən bəri inkişaf etmiş, milli ət və süd məhsullarına olan tələbatın ödənilməsində mühüm rol oynamışdır. Əhalinin yerli su camış cinsi (Bubalus bubalis) olan Qafqaz camışını saxlamaqda güclü bilik və təcrübəsi var və bu camış növü bu gün də Azərbaycan aqrobiomüxtəliflik irsində son dərəcə dəyərlidir. Qafqazın camış populyasiyası, oxşar növ camışların cütləşdirilməsi daxil olmaqla, yerli […]

Ətraflı

Qafqaz Dağ Balı

Azərbaycanın şimal-qərb hissəsinin dağlıq və orta dağlıq ərazilərindəki mülayim iqlim şəraiti qədim dövrlərdən bəri “təknə” adlanan yabanı arıçılıq ənənələrinin inkişafına imkan verir. Təknə, arıların ağaclardakı təbii yaşayış mühitinin təkrarı olan içi boş odun parçasıdır. Əsasən yumşaq ağaclardan, ənənəvi olaraq cökə və ya qızılağacdan oyulur. Odun parçalarının ölçüləri 1-1.50 metr uzunluqda və 40-50 santimetr diametr arasında dəyişir. Arılara boşluq yaratmaq üçün […]

Ətraflı

Mədrəsə Üzümü

Mədrəsə – Azərbaycanın tarixən “Şirvan” kimi tanınan Şamaxı rayonunun Mədrəsə kəndinin adını daşıyan, yerli qırmızı üzüm sortudur. Hal-hazırda Mədrəsə üzümləri Şamaxı və İsmayıllı rayonlarının 700-800 metr yüksəklikdə yerləşən bir neçə kəndində yetişdirilir. Burada kiçik istehsalçılar, ümumiyyətlə, üzüm bağlarının bir hissəsini, əsasən öz istehlakları üçün bu növ üçün ayırırlar. Şamaxı və İsmayıllı, əsasən, dağlıq ərazilərdir. Burada ən yüksək zirvə olan Babadağın […]

Ətraflı

Yabanı Qafqaz İtburnusu

İtburnu, Girdimançay çayının allüvial düzənliyində və ölkənin şimal-şərq hissəsindəki İsmayıllı rayonunun sahil meşələrində yetişən Rosaceae ailəsində Rosa cinsinə aid çoxillik kol bitkisidir. Rosa cinsinə çoxsaylı növ daxildir: dünyada 300-dən çox növ qeydə alınmışdır ki, bunlardan 42-ə Azərbaycanda rast gəlinir. Qafqaz yabanı itburnusunun kolunun hündürlüyü 2 metrə çatır və 20-25 il davam edən ömrü boyunca xüsusi qulluq tələb etmir. Həm açıq, həm […]

Ətraflı

Abqora

Azərbaycanda abqora istehsalının tarixi çox qədim zamanlardan başlayır. Bu məhsul haqqında ilk yazılı məlumata Nizami Gəncəvinin (XII əsr) qələmə aldığı “Yeddi gözəl” poemasında rast gəlinir. Qədim tarixə malik olsa da, abqoranın istehsalı və mətbəxdə istifadəsi bir qədər unudulmuşdur. Abqora, əsasən öz bağlarında üzüm tənəkləri yetişdirən Abşeron sakinləri tərəfindən istehsal olunur və bazarlarda satılır. Bəzi şirkətlər Azərbaycanın müəyyən rayonlarında da abqora […]

Ətraflı

Ata-baba fındığı

Ata-baba fındığı Azərbaycanın qədim fındıq sortudur. Bu ad yerli dialektdə “atadan oğula ötürülən” mənasını verir. Spesifik sortdur, ölkənin şimal hissəsində – Qafqaz dağlarının cənub yamaclarında, Qəbələ və Qax rayonları arasındakı arealda yayılmışdır. Dağ ətəklərinin mülayim iqlimi, su ehtiyatları Azərbaycanın kənd əhalisi üçün vacib gəlir mənbəyi olan fındıq təsərrüfatlarının inkişafına kömək etmişdir. Bu ərazidə, yerli mədəniyyətlə möhkəm əlaqənin təzahürü kimi hər […]

Ətraflı

Bakı zincilfərəci

Zincilfərəc və ya əncirfərəc Abşeron rayonunda yetişən əncirlərdən hazırlanan ənənəvi Bakı şirniyyatıdır. Bu əncir öz keyfiyyətinə görə adla tanınır. Zincilfərəcin hazırlanmasında istifadə olunan əncir iyul-avqust aylarında yığılır və 4.5 saat qaynadılır. Soyudulduqdan sonra ləti qabığından ayrılır, qarışığın qatılıq dərəcəsini artırmaq, suyun həcmini azaltmaq üçün yenidən qaynadılır. Qarışığı bir az da qatı hala gətirmək məqsədilə ona bir qədər un əlavə edilir. […]

Ətraflı
1 2 3 4 9