İsmayıllı sarımsağı

İsmayıllı rayonu, xüsusilə isə İvanovka kəndi, XIX əsrdə Rusiyadan didərgin düşmüş və 1846-cı ildə kəndin əsasını qoymuş ilk molokanlar tərəfindən gətirildiyi ehtimal edilən sarımsaq növünün tarixən becərildiyi ərazidir. Bu sarımsaq növü əsası qoyulduğu gündən bəri İvanovka kolxozunda istehsal edilmişdir. Sovet dövründə məhsulun böyük bir hissəsi, xaricdən gətirilən pal-paltar müqabilində, kolbasa istehsalında istifadə olunmaq üçün Macarıstana ixrac edilirdi. Sovet İttifaqı dağıldıqdan sonra sarımsağın əkin sahəsi yarıbayarı azalmışdır.

Sarımsaq yalnız əl ilə becərilir. İsmayıllı sarımsağı, adətən, ağ rəngdə olur; lakin soğanaq sarımtıl və ya çəhrayı rəngdə ola bilər. Hiss olunmayan, lakin davamlı bir qoxuya və kəskin dada malikdir. Soğanaq yuvarlaq, bir qədər yastı və kiçikdir (2.5 santimetr). Məhsul iyul ayında yığılır. İvanovka kəndi hər il təxminən 1 ton sarımsaq becərir.

İvanovka sakinləri sarımsaqdan turşu, kolbasa kimi bir çox fərqli ənənəvi yeməklərdə ədviyyat kimi istifadə edirlər. Bəzi tərəvəzçilər sarımsağı 1 ay gec əkir və başı dişlərə bölünmədən yığırlar; bunun duzlama üçün çox yaxşı olduğu müəyyən olunmuşdur. Turşu üçün sarımsaq qabığı hələ körpə və nazik ikən yığılır: o, təmizlənir və çəlləklərə, yaxud şüşə bankalara yığılır. Təmiz su və duz (3 litr suya 2 xörək qaşığı duz) əlavə olunur; bir neçə ay sonra sarımsağın öz xırçıldayan teksturasını qoruyub saxlaması üçün, yerli “Mədrəsə” üzüm növündən hazırlanmış sirkə duzlu suya əlavə olunur. Sarımsaq turşusu quru və sərin yerdə bir neçə il saxlanıla bilər.

Gənclər İvanovka kəndini və kolxozu tərk etdiklərindən, sarımsağın emalı və kultivasiyası üçün işçi qüvvəsində çatışmazlıq yaranıb. Son bir neçə il ərzində İsmayıllı sarımsağı ölçü baxımından daha böyük və məhsuldar, amma az qoxulu Çin sarımsağı ilə rəqabət aparmağa başlamışdır.