Marsan pomidoru

Azərbaycanın Qax rayonunun Marsan kəndi pomidor istehsalı ilə məşhurdur. Sovet dövründə kolxozda müxtəlif pomidor sortları yetişdirildiyindən, sakinlərin əksəriyyəti onu həyətyanı sahələrində becərmirdilər. Ancaq bir ailə öz nənə və babasından miras qalan toxumları qorumuş və sonra pomidor yetişdirmək istəyən az sayda ailəyə paylamışdı. Kənd fermerlərinin seçmə işləri sayəsində, Marsan pomidoru tədricən, bir növ, “yerli brend” statusu qazanmışdır. Mərsan pomidoru böyük ölçülü […]

Ətraflı

Maxara

Maxara ölkənin soyuq iqlimə malik şimal bölgəsi üçün xarakterikdir. Cənub bölgəsi ilə müqayisədə, burada yaşayan insanlar isti fəsilləri  daha səbirsizliklə gözləyirlər. Buna görə də, bu məhsul daha çox yazda hazırlanır. Maxara isti sacda bişirilən günəş formalı krep növüdür. Krepin əsas inqrediyentlərinə un, süd və yumurta daxildir. Bunlar isti sacın üzərinə tökülür, bişərkən kənarları axır və günəşə bənzər şəkil alır. Hər […]

Ətraflı

Mehxoş

Üzümdən və nardan hazırlanan bu içki şəraba bənzəsə də, onun hazırlanması daha böyük zəhmət tələb edir. Ənənəvi hazırlanma prosesi iki mərhələdən ibarətdir. Birinci mərhələ narın emalı ilə əlaqədardır. Nar oktyabr və noyabr aylarında yetişir. Meyvə yığılandan dərhal sonra suyu sıxılır. Bu proses günün ən sərin və havalı saatlarında, yəni səhər saat 5-7-də həyata keçirilir. Əldə edilən meyvə suyu ağzı bağlı […]

Ətraflı

Mədrəsə üzümü

Mədrəsə – Azərbaycanın tarixən “Şirvan” kimi tanınan Şamaxı rayonunun Mədrəsə kəndinin adını daşıyan, yerli qırmızı üzüm sortudur. Hal-hazırda Mədrəsə üzümləri Şamaxı və İsmayıllı rayonlarının 700-800 metr yüksəklikdə yerləşən bir neçə kəndində yetişdirilir. Burada kiçik istehsalçılar, ümumiyyətlə, üzüm bağlarının bir hissəsini, əsasən öz istehlakları üçün bu növ üçün ayırırlar. Şamaxı və İsmayıllı, əsasən, dağlıq ərazilərdir. Burada ən yüksək zirvə olan Babadağın […]

Ətraflı

Motal pendiri

Motal pendiri Qafqazda istehsal olunan ənənəvi pendir növüdür. Bu məhsul çox böyük tarixə malikdir; qoyunçuların, onların heyvanlarının qış və yay otlaqları arasında hərəkəti, onların süd məhsullarını qorumaq tələbatları ilə əlaqədardır. Motal pendiri dağ otlaqlarında, xüsusən də yazın sonlarında az miqdarda istehsal olunur. Onun adı, saxlandığı qoyun və ya keçi dərisindən olan çuvaldan götürmüşdür. Çuval dərinin tüklü tərəfini içəri çevirməklə hazırlana […]

Ətraflı

Nanə araq

Nanə arağı qədim zamanlardan hazırlanan alkoqolsuz yabanı nanə distillatıdır. Təmiz, yaşıl rəngli, təravətli və çox ətirli mayedir. Hazırlanması üçün 1 kq yabanı nanə yarpağı lazımdır. Bu yarpaqlar təxminən 5 litr suda qaynadılır. Yabanı nanə cövhərinin çıxarılması qaynama zamanı baş verir: temperatur 85°-90°C-i keçdikdə maye qaynamağa başlayır və buxarı qazanın qapağına yığılır. Hər 5 dəqiqədən bir qapaqdan tökülən buxar damcıları bir […]

Ətraflı

Nehrə ayranı

Qarabağ və Gəncə-Daşkəsən bölgəsinə məxsus ənənəvi ayran xüsusilə südün bol olduğu yaz və payız ayları daxil bütün il boyu hazırlanır. Fermerlərin içdiyi qaymaqlı, dadlı və çox turşulu bir içkidir. Hazırlanmasında adətən qadın iştirak edir və hələ də ənənəvi vasitə olan nehrədən istifadə edilərək hazırlanır. Nehrə, uzunluğu təxminən 100-120 santimetr, diametri 25-30 santimetr olan böyük silindr şəkilli qabdır. Ağac gövdəsinin içi boşaldılaraq […]

Ətraflı
1 3 4 5 6 7 9