Pərpətöyün turşusu

Pərpətöyün Samur-Dəvəçi düzənliklərində, Lənkəranda və Naxçıvanın aran, orta dağlıq ərazilərində geniş yayılmışdır. Təzə tumurcuq və yarpaqlardan çox vaxt qida kimi istifadə olunur: tərəvəzlərdən hazırlanmış omlet və salatlara əlavə edilir. Pərpətöyün turşu kimi də saxlanıla bilər. Sovet dövründə pərpətöyün turşusu Azərbaycanda istehsal olunaraq, dünyanın bir çox ölkələrinə ixrac edilirdi. İndi isə onun istehsalı nəzərəçarpacaq dərəcədə azalmışdır. Siyasi münaqişələr və Sovet İttifaqının […]

Ətraflı

Riçal

Riçal və ya irçal Naxçıvan, İsmayıllı və Şamaxıda hazırlanan ənənəvi şirniyyat növüdür. Mənşəyinin ölkənin bu bölgələrinə aid olması İsmayıllıda yetişən Qızıl Əhməd alma növü kimi bəzi məhsulların bu şirniyyatın hazırlamasında istifadə edilməsi ilə əlaqədardır. Bununla belə, tut riçalı daha çox yayılmışdır. Bu reseptin əsas xüsusiyyəti şəkər əvəzinə doşabdan istifadə edilməsidir. Riçal qurudulmuş alma, armud, qoz və kişmişdən hazırlanır. İnqrediyentlər qazana […]

Ətraflı

Ruşanka soğanı

Bu soğan sortu İsmayıllının Ruşan kəndinin adını daşıyır və İvanovka da daxil olmaqla yaxın kəndlərdə həyətyanı sahələrdə becərilir. Ruşanda yetişən soğan xüsusilə xəstəliklərə davamlıdır. Ruşanka soğanı 25-75 qram ağırlığında, kiçik, uzunsov bənövşəyi soğanağı olan yerli soğan növüdür. Kəskin, və şirintəhər bir dada malikdir. Ruşanka soğanı daha çox salatlarda istifadə olunur, həmçinin doğranılıb nar suyuna salınaraq yeyilir.

Ətraflı

Sədri düyüsü

Sədri düyüsü Azərbaycanın cənub bölgəsində yetişən yerli düyü çeşididir. Uzun və nazik formaya malikdir, yaxşı bişmə özəlliyinə görə bu bölgənin ən xarakterik yeməklərindən biri olan plovun hazırlanması üçün xüsusilə uyğundur. Düyü bişərkən bişirildiyi ədviyyatlardan alınan dadları canına çəkir və özünəməxsus ətrini yayır. Mükəmməl dad xüsusiyyətləri sayəsində tez-tez heç bir ədviyyat olmadan da yeyilir. Sədri düyüsünün böyüməsi üçün 90-100 gün vaxt […]

Ətraflı

Səməni halvası

Səməni halvası qəhvəyi-qara rəngi ilə seçilən ənənəvi halva tipli şirniyyatdır. Bu halvanın hazırlanmasında cücərdilmiş buğda suyundan istifadə edilir. Yerli buğda sortlarının toxumları bir sinidə 15-20 gün cücərdilir, sonra doğranılaraq cuna ilə sıxılır. Şirə tam buğda unu (yerli buğdadan hazırlanır, su dəyirmanında üyüdülür) ilə qarışdırılır və qarışıq mis qabda bişirilir: uyğun miqdarda bişmiş kərə yağı əlavə edilir və hamısı uzun saplı […]

Ətraflı

Udi icmasına aid üzüm növləri

Qəbələ rayonunun Nic kəndi (əhalisi 5.744 nəfər), ölkədəki Udi əhalisinin cəmləşdiyi iki yaşayış məntəqəsindən biridir. Udilər qədim zamanlardan şərabçılıqla məşğul olurlar və demək olar ki, hər bir ailə şərab hazırlamaq üçün ənənəvi olaraq müxtəlif üzüm növü yetişdirir. Üzüm ənənəvi olaraq ağacların (palıd, şabalıd, qoz və s.) altında əkilir və 30 metr hündürlüyə çataraq talvarın üzərinə keçirilir. Sentyabr və oktyabr aylarında […]

Ətraflı

Yabanı Qafqaz itburnusu

Azərbaycanın dağ coğrafiyası böyük ekoloji və qida dəyərinə malik çoxlu yabanı növlərin olduğu sıx meşə əraziləri ilə zəngindir. İtburnu, Girdimançay çayının allüvial düzənliyində və ölkənin şimal-şərq hissəsindəki İsmayıllı rayonunun sahil meşələrində yetişən Rosaceae ailəsində Rosa cinsinə aid çoxillik kol bitkisidir. Rosa cinsinə çoxsaylı növ daxildir: dünyada 300-dən çox növ qeydə alınmışdır ki, bunlardan 42-ə Azərbaycanda rast gəlinir. Bu növlərlə mədəni və […]

Ətraflı
1 4 5 6 7 8 9