Sağlam gələcək naminə təhlükəsiz qidalar

Tədris ili sona yaxınlaşmaqdadır, bu müddət ərzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi “Slow Food Təhsili” kursunu təşkil edərək və məktəblilər üçün sensor təhsili və məsuliyyətli istehlak üzrə vəsait olan “Ləzzətli Dərslər” və biomüxtəliflik üzrə vəsait olan “Dad Gəmisi məktəbdə” kimi iki didaktik vəsait dəstini hazırlayaraq gənc və yaşlı istehlakçıların keyfiyyətli, […]

Ətraflı

Hər dəfə alış-veriş edərkən dayanıqlı seçimlər edin

Dayanıqlı istehlakın təşviqi üçün yeni rəqəmsal kampaniya! Kampaniya Avropa İttifaqının maliyyələşdirdiyi ‘COVCHEG: Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi’ layihəsi çərçivəsində Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq şəklində həyata keçirilir. Yaddan çıxarmayaq ki, hər dəfə alış-veriş etdiyimiz zaman fərdi seçimlərimiz ərzaq məhsullarının qlobal istehsal sisteminə müsbət təsir edə bilər. Əslində, ərzaq məhsullarının qlobal istehsal sistemi kənd təsərrüfatının intensiv […]

Ətraflı

Əbülfəz Həbibov

Kulinariya sahəsində 10 illik peşəkar təcrübəyə sahib Əbülfəz Həbibov karyerasına Hilton Baku Hotel-də başlayıb. Onun kulinariya repertuarı Pik Palace & Park Chalet Hotel-də artmağa başlayır. Öz kulinariya bacarıqlarını Baku Marriott Hotel Boulevard-da təkmilləşdirən Əbülfəz hazırda bu oteldə Bölmə aşpazı (Chef de Partie) vəzifəsində çalışır. Kulinariya sənətində dərin biliyə yiyələnən Əbülfəz Əbu-Dabidə təşkil olunan Dünya Aşpazlar Müsabiqəsində Baku Marriott Hotel Boulevard-ı […]

Ətraflı

Əliheydər Məmmədov

1983-cü ildə Bakıda anadan olan Əliheydər Məmmədov 14 yaşında 11 nömrəli peşə məktəbinin qənnadçı-aşpaz sinfinə daxil olub. O vaxtdan bəri Almaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə kimi bir sıra ölkələrə aşpaz kimi səfər etmişdir. Əliheydər Məmmədov getdiyi hər yerdə Azərbaycan qastonomiya irsini uğurla təmsil edib. O, 2010-cu ildə Türkiyədə keçirilən aşpazlıq yarışmasında iştirak edərək 24 Avropa ölkəsinin 2000 aşpazı arasında […]

Ətraflı

Firdovsi İsmayılov

Firdovsi İsmayılov 1968-ci ildə Azərbaycan mətbəxində mühüm yer tutan Lənkəran şəhərində anadan olub. Kulinariyaya sevgisi uşaqlıq illərindən başlamışdır. Yemək bişirməyin sirlərini ustalarından öyrənərkən Firdovsi Şef Şahhüseynin tövsiyəsilə praktik təcrübə qazanmaq üçün paytaxt Bakıya köçür. Daha sonra bu səyahət onu Rusiyaya gətirir və burada o, Azərbaycan mətbəxinin təbliği üçün əlindən gələni edir. 2006-cı ildə Novosibirskdə keçirilən Qafqaz mətbəxi müsabiqəsində uğurla iştirak […]

Ətraflı

Orxan Muxtarov

On beş yaşındaykən İnturist otelində aşpazlıq karyerasına başlayan Orxan Muxtarov altı il sonra AZZA restoranlar şəbəkəsində icraçı şef kimi fəaliyyətə başlayır. 2013-də Fairmont otelində Böyük aşpaz (sous chef), 2017-ci ildə isə Baku Marriott Hotel Boulevard-da Baş aşpaz vəzifələrində işləyir. Orxan karyerası boyunca Hilton, Hyatt və Holiday Inn kimi bir sıra nüfuzlu otellərdə çalışmışdır. O, beynəlxalq yarışların iştirakçısı, həmçinin bir sıra […]

Ətraflı

Rüfət Əliyarov

20 ildir kulinariya sahəsində fəaliyyət göstərən Rüfət Əliyarov qənnadı məmulatı üzrə Türkiyədə bakalavr, keytrinq texnologiyası üzrə isə Ukraynada magistr təhsili almışdır. Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələrində – İtaliya, Türkiyə, Ukrayna və İngiltərədə aşpaz kimi müxtəlif vəzifələrdə çalışmışdır. Rüfət Əliyarov Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasında idarə heyətinin üzvü, eləcə də Slow Food Aşpazlar Alyansının üzvüdür.

Ətraflı
1 5 6 7 8 9