Rüfət Əliyarov

20 ildir aşpaz kimi fəaliyyət göstərən Rüfət Əliyarov qənnadı məmulatı üzrə Türkiyədə bakalavr, keytrinq texnologiyası üzrə isə Ukraynada magistr təhsili almışdır.

Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələrində – İtaliya, Türkiyə, Ukrayna və İngiltərədə aşpaz kimi müxtəlif vəzifələrdə çalışmışdır.

Rüfət Əliyarov Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasında idarə heyətinin üzvü, eləcə də Slow Food Azərbaycan Aşpazlar Alyansının üzvüdür.