Qafqaz camışı

Qafqaz camışının təqribən 70%-i Azərbaycanda çoxaldığından, bu cins həm də “Azərbaycan camışı” adı ilə tanınır. Bu heyvanlara İranın həmsərhəd ərazilərində də rast gəlinir. Camış çox tələbkar heyvan deyil. Amma o, torpağın bərəkətini artırmağa kömək edir ki, bu da onların saxlanıldığı sahələrin əkib-becərilməsini asanlaşdırır. Qafqaz camışı, xüsusilə Azərbaycanın mərkəzi rayonlarında, bataqlıqlar, göllər və qamış bitki örtüyü ilə zəngin Aran düzündə geniş yayılıb. Bütün iribuynuzlular kimi Qafqaz camışının da böyük buynuzları, güclü gövdəsi və tünd qara dərisi var. Tünd rəngdə olduğundan, parlaq günəş onu çox isidir. Buna görə də isti günlərdə onlar bataqlıqlar, durğun sular, gölməçələr və ya çay yataqlarında üzməyi sevirlər. Qaramaldan fərqli olaraq, camışlar soyuq havaya dözümlü deyil: qaramal -20°C temperatura tab gətirə bildiyi halda, camışlar -1°C-dən aşağı temperaturda saxlanılmamalıdır, çünki onların piy qatı zəifdir. Qafqaz camışı, əsasən, süd məhsulları istehsalı üçün yetişdirilir. Südünün yağlılığı 8%-ə qədərdir.

Camış Azərbaycanda geniş yayılmışdır. Azərbaycanda camış südünün satışı üçün ticarət sistemi yaxşı inkişaf etmədiyindən, əksər fermerlər südlərini birbaşa satdıqları kərə yağına, pendirə, kefirə və digər məhsullara çevirirlər.