Qaraqılçıq buğda sortu

Arxeoloji və paleontoloji araşdırmalar göstərir ki, buğdanın Azərbaycan ərazisində yetişdirilmə tarixi ən azı 6-8 min ildir. Arxeoloji tədqiqatlar zamanı tapılan və e.ə. II-III əsrlərə aid edilən kirkirə və əl dəyirmanları bunu sübut edir. XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi də buğdanın becərilməsi və emalı üsulları haqqında yazmışdır. XIX əsrdən başlayaraq, Azərbaycan ədəbiyyatında sarı buğda, qara buğda, ağ buğda və qırmızı buğda kimi bərk buğda və xırda buğda, gürka və gürgan kimi yumşaq buğda sortlarından bəhs edilmişdir. Şəki, İsmayıllı, Şamaxı, Cəlilabad, Sabirabad, Ağcabədi, Balakən və Beyləqan Azərbaycanın əsas taxılçılıq rayonları hesab olunur.

“Qaraqılçıq” Şəki rayonunda yetişdirilən ənənəvi bərk buğda növüdür. Bu, 155 santimetrə, suvarma altında isə 2 metrə qədər böyüyən gövdəyə malik buğda sortdur. Dənləri açıq sarı rəngdədir, uzunsov, oval formaya malikdir. Hər sünbüldə hər biri təqribən 2.4 qram ağırlığında olan 45 dən var. Bu buğda sortu quraqlığa davamlıdır, suvarılmayan kultivasiyaya uyğunlaşdırılmışdır. Əyilməyə qarşı orta səviyyədə dayanıqlıdır. Əsasən, dağətəyi ərazilərdə yetişir və məhsul yığımı iyun ayının ortalarında başlayır. Çox zaman su dəyimanlarında hazırlanan “Qaraqılçıq” unundan ənənəvi yeməklərdə hələ də istifadə olunur. Məhsulu yerli bazarlarda da tapmaq mümkündür. Təəssüf ki, ənənəvi “Qaraqılçıq” buğdasının ununun idxal olunan un ilə rəqabəti çətinləşmişdir. Son onilliklər ərzində yerli buğda çeşidində azalma müşahidə olunmuşdur: ənənəvi çeşidlər, 1980-ci illərdə yerli qədim “Qaraqılçıq” çeşidinin Meksikanın alçaq gövdəli buğda çeşidi ilə çarpazlaşdırılması yolu ilə yaradılmış “Qaraqılçıq-2” kimi təkmilləşdirilmiş çeşidləri ilə əvəz edilmişdir.