Dad Gəmisi – aid olduqları cəmiyyətin təamlarının yoxa çıxdığını, bununla da bir parçası olduğu mədəniyyətin və tarixin bir hissəsini özü ilə apardığını görən insanların narahatlıqlarını bildirdikləri gündən-günə zənginləşən onlayn kataloqdur. Layihə, bu məhsulların qeydiyyatını aparmaq, onların illər keçdikcə yoxa çıxmaq riskinə diqqət çəkmək məqsədilə yaradılmışdır.

Hal-hazırda bütün dünyada baş verən sənayeləşmə, genetik eroziya, dəyişən istehlak strukturu, kənd yerlərinin tərk edilməsi, miqrasiya və konfliktlər ilə əlaqədar kənd təsərrüfatının biomüxtəlifliyi, kiçik miqyaslı, ailə əsaslı məhsul istehsalı sistemləri təhlükə ilə üz-üzədir.

Dad Gəmisi hamını tədbir görməyə çağırır: bəzi hallarda məhsullar yenidən kəşf edilməli və masaya qoyulmalıdır. İstehsalçılar dəstəklənməli və öz hekayələrini danışmalıdırlar. Nəsli kəsilməkdə olan vəhşi heyvan növləri varsa, onları qorumaq və çoxalmalarına kömək etmək üçün onlardan qida kimi az istifadə etmək, yaxud heç istifadə etməmək daha yaxşı olar.

Bir çoxlarının dəstəyi sayəsində minlərlə adda məhsul kataloqa daxil edilmişdir. Lakin bununla belə, görüləcək işlər də çoxdur.

Hər kəs öz təklifini göndərə bilər. Təklif göndərmək üçün buraya klikləyin.

Aşağıda Dad Gəmisinə daxil olan bütün yerli məhsulları kəşf edə bilərsiniz.

Qarabağ qoyunu

Qarabağ qoyunu qaba yunlu, kök quyruqlu qoyun növüdür. Bu qoyunlar dözümlülüyü və ilboyu otlama qabiliyyətinə ilə xarakterizə olunur. Hətta, ilin daha sərt dövrlərində belə, onlar cüzi otlaqlarla kifayətlənirlər. Onlar fəsil dəyişiklikləri zamanı, ən yaxşı otlaqları tapmaq üçün, ərazidən əraziyə köçməyə də yaxşı uyğunlaşıblar. Qarabağ qoyunlarının uzun ayaqları və güclü sümükləri olur. Erkəkləri buynuzlu və ya buynuzsuz ola bilər, amma dişiləri, […]

Ətraflı

Qaraqılçıq buğda sortu

Arxeoloji və paleontoloji araşdırmalar göstərir ki, buğdanın Azərbaycan ərazisində yetişdirilmə tarixi ən azı 6-8 min ildir. Arxeoloji tədqiqatlar zamanı tapılan və e.ə. II-III əsrlərə aid edilən kirkirə və əl dəyirmanları bunu sübut edir. XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi də buğdanın becərilməsi və emalı üsulları haqqında yazmışdır. XIX əsrdən başlayaraq, Azərbaycan ədəbiyyatında sarı buğda, qara buğda, ağ buğda və […]

Ətraflı

Qovurma

Qovurma, Naxçıvan bölgəsinə aid ənənəvi emal edilmiş ətdir. Qışda istifadə etmək üçün yaz, yay və payız aylarında hazırlanır. Tarixi çox qədim dövrlərə bağlıdır. XV əsrdə qələmə alınmış “Kitabi-Dədə Qorqud” dastanında bu qidadan bəhs olunur. Qovurma daha çox dana və ya quzu ətindən hazırlanır. Ət təxminən 120-150 qramlıq hissələrə bölünür və bir gün dinləndirilir. Dinləndirildikdən sonra, ət parçalarının üzərinə bir az […]

Ətraflı

Marsan pomidoru

Azərbaycanın Qax rayonunun Marsan kəndi pomidor istehsalı ilə məşhurdur. Sovet dövründə kolxozda müxtəlif pomidor sortları yetişdirildiyindən, sakinlərin əksəriyyəti onu həyətyanı sahələrində becərmirdilər. Ancaq bir ailə öz nənə və babasından miras qalan toxumları qorumuş və sonra pomidor yetişdirmək istəyən az sayda ailəyə paylamışdı. Kənd fermerlərinin seçmə işləri sayəsində, Marsan pomidoru tədricən, bir növ, “yerli brend” statusu qazanmışdır. Mərsan pomidoru böyük ölçülü […]

Ətraflı

Maxara

Maxara ölkənin soyuq iqlimə malik şimal bölgəsi üçün xarakterikdir. Cənub bölgəsi ilə müqayisədə, burada yaşayan insanlar isti fəsilləri  daha səbirsizliklə gözləyirlər. Buna görə də, bu məhsul daha çox yazda hazırlanır. Maxara isti sacda bişirilən günəş formalı krep növüdür. Krepin əsas inqrediyentlərinə un, süd və yumurta daxildir. Bunlar isti sacın üzərinə tökülür, bişərkən kənarları axır və günəşə bənzər şəkil alır. Hər […]

Ətraflı

Mehxoş

Üzümdən və nardan hazırlanan bu içki şəraba bənzəsə də, onun hazırlanması daha böyük zəhmət tələb edir. Ənənəvi hazırlanma prosesi iki mərhələdən ibarətdir. Birinci mərhələ narın emalı ilə əlaqədardır. Nar oktyabr və noyabr aylarında yetişir. Meyvə yığılandan dərhal sonra suyu sıxılır. Bu proses günün ən sərin və havalı saatlarında, yəni səhər saat 5-7-də həyata keçirilir. Əldə edilən meyvə suyu ağzı bağlı […]

Ətraflı

Mədrəsə üzümü

Mədrəsə – Azərbaycanın tarixən “Şirvan” kimi tanınan Şamaxı rayonunun Mədrəsə kəndinin adını daşıyan, yerli qırmızı üzüm sortudur. Hal-hazırda Mədrəsə üzümləri Şamaxı və İsmayıllı rayonlarının 700-800 metr yüksəklikdə yerləşən bir neçə kəndində yetişdirilir. Burada kiçik istehsalçılar, ümumiyyətlə, üzüm bağlarının bir hissəsini, əsasən öz istehlakları üçün bu növ üçün ayırırlar. Şamaxı və İsmayıllı, əsasən, dağlıq ərazilərdir. Burada ən yüksək zirvə olan Babadağın […]

Ətraflı
1 2 3 4 5