Yemək və Dad Təhsili: Slou-Fud yanaşması

Avropa İttifaqı tərəfindən maliyyələşən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi 2019-cu ildə başlanmış və qlobal Terra Madre tədbiri çərçivəsində Slow Food onlayn formatda yeni təlim materiallarını təqdim edərək təlim kursları təşkil edir.

Təhsil Slou Fud Hərəkatı işinin əsaslarından biridir: məktəb bağçalarından qida sənayesi mütəxəssisləri üçün təlimlərə; qida sisteminin bütün fərqli cəhətləri barədə məlumatlılığı artırmaq üçün kampaniyalardan təhsil fəaliyyətlərinə. Bütün bu təhsil təşəbbüsləri bir-birinə ortaq bir hədəflə bağlıdır: qida haqqında məlumatımızı artırmaq və qida vərdişlərimizdəki dəyişikliyi stimullaşdırmaq.

Əslində Slou Fud, qida məhsullarının qidalarımızın haradan gəldiyini, necə istehsal olunduğunu və kimlər tərəfindən hazırlandığını anlamaqla, böyüklər və uşaqlar gündəlik seçimlərində zövq və məsuliyyəti necə birləşdirəcəyini və yeməyin mədəni və sosial əhəmiyyətini qiymətləndirəcəyinə inanır.

Yemək zövq, mədəniyyət və rahatlıq mənasına gəldiyinə görə təhsil layihələri əksər qida təhsillərindən fərqlənir. Bunlar müxtəlif formalarda olur: tədris kitabları, məktəb bağçaları, bələdçi dequstasiya, təsərrüfat sahələrinə ziyarət, nəsillər arasında məlumat mübadiləsi, praktik seminarlar və istehsalçılarla yemək. Bundan əlavə, Slow Food, qida akademiyasına bütöv bir yanaşma təklif etmək üçün 2004-cü ildə Qastronomik Elmlər Universitetini açmışdı.

Avropa İttifaqı tərəfindən maliyyələşən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi çərçivəsində 2021-ci ilin fevral-mart aylarında yeni tədris materiallarının təqdimatı ilə Slou Fud Təhsili mövzusunda bir təlim kursu keçirildi və bu təlim hazırda həm rus, həm də azərbaycan dillərində hamı üçün əlçatandır.

Təlimlərdə 17 ölkədən və bütün qitələrdən: Azərbaycan, Rusiya, Türkiyə, İtaliya, Belçika, Qırğızıstan, Filippin, Fransa, Kolumbiya, Misir, Burkina Faso və digər ölkələrdən 220-dən çox iştirakçı iştirak etmişdir. Qeydlərə əsasən, 250-dən çox adam təlimlərə baxmışdır.

“Duyğuları biomüxtəlifliyə öyrədək” adlı birinci təlim veb-seminarı iştirakçıları bioaktivlik anlayışının əhəmiyyəti və bunun məktəbdə necə öyrədilməsi, didaktik və tədris nümunələri ilə tanış etdi. Mütəxəssislər praktik nümunələr təqdim etdilər və uşaqlara yerli qidanı kəşf etmək və biomüxtəlifliyin qorunması üçün konkret addımlar atmağa kömək etmək üçün hazırlanmış “Dad Gəmisi məktəbdə” tədris materialını təqdim etdilər.

Dad Gəmisi, dünya mədəniyyətlərinə və ənənələrinə aid olan və yox olma riski altında olan məhsullardan ibarət kataloqdur. Gəmiyə yalnız bitki və heyvan növləri deyil, eyni zamanda işlənmiş qidalar da daxil edilir. Bunun səbəbi bitki və heyvan bioloji müxtəlifliyi ilə yanaşı, pendirlər, şərablar, çörəklər, tortlar və qənnadı məmulatları da yox olur. Bunlar hamısı nəsillər boyu ötürülən yazılmamış, lakin mürəkkəb və bacarıq və təcrübələrlə xarakterizə olunan kənd və sənətkar biliklərinin ifadəsidir. Slow Food artıq illərdir ki, Dad Gəmisini əsas vasitələrindən biri kimi inkişaf etdirir: yox olmaqda olan qida məhsulları haqqında biliklərin yayılması və ekoloji cəhətdən tarazlılığın təşviqi üçün bu platformanın əsas hədəfləri bütün icmalara qida suverenliyi və yaxşı, təmiz və ədalətli yemək təqdim etməkdir.

“Slou Fud təhsil layihələrinin icmalı” adlı ikinci təlim veb-seminarı iştirakçıları həm didaktik yanaşma, həm də Slou Fudun müəyyən tədris metodlarının həyata keçirilməsində həmkarlarının təcrübəsi ilə tanış etmək üçün Slou Fudun geniş sahələrdə keçirtdiyi təhsil layihələrindən topladığı 20 illik təcrübəni təqdim etdi. Sensor təhsili və məsuliyyətli istehlak haqqında yeni təlimat “Dadlı Dərslər” paylaşıldı.

“Sensor təhsili və məsuliyyətli istehlak kitabçası “Dadlı dərslər”də Slow Food son on ildə qida təhsili ilə bağlı bütün təcrübələrini toplamağa çalışmışdır”, deyə kitabın redaktorlarından biri olan Viktoriya Smelkova qeyd edib. Bununla belə, “Dadlı dərslər” kitabının təklikdə qida və sağlamlıqla əlaqədar fərdi və planetar səviyyədə bütün problemləri həll edəcəyini düşünərək özümüzü aldada bilmərik. Buna baxmayaraq, erkən məktəb illərindən başlayaraq qida sisteminə yaxşı, təmiz və ədalətli yanaşmanın qurula biləcəyi möhkəm fundamenti təmin edir. Bu da vərdişlərini dəyişdirəcək və məsuliyyətli və düşüncəli bir istehlakçı yetişdirməyimizə kömək edəcəkdir”.

“Sensor Təhsil” adlı  üçüncü təlim veb-seminarı tamamilə sensorlu təhsilə və xüsusən hisslərin funksiyasına və qida və biomüxtəliflik biliklərində oynadıqları mühüm rola həsr olunmuşdur. Mütəxəssislər dad qrammatikası, sensor təhsil fəaliyyətinin necə təşkil olunacağını barədə təcrübələrini bölüşdülər və təkrarlamaq üçün bəzi praktik nümunələr paylaşdılar.

Nəhayət, “Slou Fud bağları: beynəlxalq layihə üçün təlimatlar” Forumu dünyanın hər yerində minlərlə bağların salınmsı ilə nəticələnən və hər yerdə qida və ekoloji təhsilin əsas elementi ola bilən ən qədim Slou Fud tədris layihəsində birini təqdim edir. Slou Fud bağlarının koordinatorları inkişaflarını, ortaq nöqtələrini və yaxşı, sağlam və ətraf mühitə uyğun qida təhsili uğrunda mübarizələrində fərqləndiklərini müzakirə etdilər.

Terra Madre tədbirləri çərçivəsində, 10 aprel saat 16:00-da (Roma vaxtı ilə) keçiriləcək növbəti Beynəlxalq Təhsil toplantısında iştirak edə bilərsiniz. Bu təlim sessiyası müxtəlif məzmunda təcrübələrimizi bölüşmək, vasitələr və yaxşı təcrübələr mübadiləsi etmək üçün yaxşı imkandır. İclas önümüzdəki illərdə Slow Food təhsil layihələrinin inkişafına rəhbərlik edəcək fəaliyyət planının müəyyənləşdirilməsində iştirak edəcək beynəlxalq aktivist-təlimçilər şəbəkəsinin yaradılmasının əsasını təşkil edəcəkdir.

Avropa İttifaqının maliyyə dəstəyi çərçivəsində COVCHEG layihəsi vasitəsi ilə Slow Food, Azərbaycan Turizm Bürosu ilə tərəfdaşlıq edərək Azərbaycanda kənd icmalarının güclü olması üçün yerli biomüxtəlifliyin qorunması, davamlı yerli dəyər zəncirlərinin inkişafı və qastronomik turizmin təbliği üzrə çalışır. Yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti qrupları və digər maraqlı tərəflərlə yaxından əməkdaşlıq edərək, Aİ-Azərbaycan tərəfdaşlığı, ərazidə bioloji müxtəlifliyin və mədəni irsin qorunması ilə yanaşı yerli kimlik və qastronomiya mövzusunda Aİ-nin ən yaxşı təcrübələrini və biliklərini bölüşür.