Slow Food`un Azərbaycandakı Aşpazlar Alyansı

Həm Slow Food`un keyfiyyətli, təmiz və ədalətli yemək fəlsəfəsini tanıtmaq, həm də qida zəncirinin qəhrəmanlarına dəstək olmaq üçün 150-dən çox ölkədən olan aşpazlar tərəfindən başladılan bir təşəbbüs artıq Azərbaycana da gəldi.

Odlar yurdunun həvəsli aşpazları Slow Food Aşpazlar Alyansı cəmiyyətini yaratmağa maraq göstərdilər. Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Slow Food tərəfindən həyata keçirilən COVCHEG layihəsinin icrasına başlandıqdan sonra, Bakıdan olan məsuliyyətli aşpazlar biomüxtəlifliyin qorunması və Slow Food fəlsəfısinin təbliği üçün bir araya gələrək İttifaq yaratdılar. Təşəbbüs Azərbaycan Turizm Şurası və Azərbaycanın qastronomiyasını qlobal arenalarda təbliğ edən Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (AKMA) tərəfindən təqdir edildi və dəstəkləndi.

“Ölkəmizdə Slow Food Azərbaycan konsepsiyası artıq tətbiq edilməyə başladılmışdır və bu qida fəlsəfəsinin təbliğində aşpazların böyük rolu var. Bu səbəbdən Slow Food Aşpazların Alliyansını yaradır. Ölkəmizdə də bir neçə aparıcı baş aşpazların təşəbbüsü ilə Slow Food Aşpazlar Alliyansının əsası qoyulmuşdur. Bu birlikdə olan aşpazlar Slow Food məhsullarının menyuya daxil edilməsi, çalışdıqları müəssisənin ziyarətçilərinə bu fəlsəfənin sifariş etidkləri qida vasitəsilə çatdırılmasına çalışan könüllülərdir. Regionlarda xüsusi tədqiqat sayəsində aşkarlanmış biomüxtəliflik nümunələri baş aşpazlar sayəsində mətbəxə daxil olacaq və təyinatı üzrə istiafdə ediləcəkdir”

Səkinə Əsgərova (Azərbaycan Turizm Bürosu, Sənaye Assosiasiyaları Meneceri)

Aşpazlar İttifaqı nədir?

Aşpazlar İttifaqı, bioloji müxtəlifliyin, qastronomik və mədəni irslərin yoxa çıxmasının qarşısını almaq üçün yerli fermerləri və “keyfiyyətli, təmiz və ədalətli” fəlsəfəsini dəstəkləyən verən bir aşpazlar qrupudur.

Alliance promotes farmers by giving value to their products, spreading their stories and family traditions which is a significant motivational and financial support for local farmers – also known as heroes of food value chain.

Aşpazlar İttifaqı niyə vacibdir?

İttifaq, fermerlərin məhsullarına, heykayələrinə və nəsildən nəslə keçmiş ailə ənənələrinə dəyər verərək, qida zəncirinin qəhramanları olan yerli fermerləri həm motivasiya edir həm də maddi olaraq dəstəkləyirlər.

Qeyd edək ki, Aşpazlar Alyansının Azərbaycanda rəsmi elan olunması 9 Mart tarixinə nəzərdə tutulmuş idi, lakin COVID-19 anti-pandemik protokolu səbəbiylə tədbir təxirə salındı. Lakin bu çətin dövrdə belə qastronomik qəhrəmanlar cəmiyyətə dəstək oldu. AKMA-nın sədri və alyansın üzvü olan Orxan Muxtarov komandası ilə birlikdə karantin dövrü olmasına baxmayaraq COVID-19 pandemiya təhlükəsi ilə mübarizə aparan həkimləri və sosial işçiləri qidalandırmaq üçün çalışdı. Alyansın bir digər üzvü, həmçinin Yaban Restoranın baş aşpazı Firdovsi İsmayılov, milli televiziyadaki çıxışları zamanı qastronomiyada biomüxtəlifliyin əhəmiyyətini qeyd etdi və Dad Gəmisi məhsulları haqqda danışdı.

COVCHEG layihəsi və təşəbbüsləri haqqda daha ətraflı məlumat əldə etmək üçün və Aşbazlar Alyansının rəsmi elan olunması tədbiri haqqda xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrimizi buradan izləyə bilərsiniz. facebook, Instagram və xəbərlər.