Slow Food Gənclər Şəbəkəsi Food for Change Baku Böyüyür

Bu yaxınlarda Aİ-nin maliyyələşdirdiyi COVCHEG layihəsi çərçivəsində SF Gənclər Şəbəkəsi Food for Change Bakı üfüqlərini genişləndirir və yeni üzvlərini qəbul edir.

Gənc təşəbbüs qrupu 4 fevral tarixində beynəlxalq Slow Food icması olaraq qeydiyyatdan keçdi və təqdimatlar təşkil edərək tədbirlərə könüllü olaraq töhfə verməklə Slow Food COVCHEG layihəsinin insanlara tanıdılması üçün vacib addımlar atdı. Şəbəkə üzvləri kiçik miqyaslı fermerlərə dəstək vermək və yerli qastronomik ənənələri təbliğ etməklə Azərbaycanın biomüxtəlifliyinin yox olması və sağlam qida təcrübələri ilə bağlı ictimaiyyətin məlumatlılığını artırdılar.

Qeyd etmək istərdik ki, bu yaxınlarda Roman Qocayevin Brüsseldə “İqlim Dəyişikliyi Təhsili, Maarifləndirmə və Davranış” mövzusunda iştirak etdiyi seminarda “SFYN Food for Change Baku” və onun nailiyyətləri haqqda təqdimat etmişdir. Şəbəkəmizin üzvü olmaqla yanaşı, Roman Qocayev Azərbaycan İqtisad Universitetinin Qida mühəndisliyi fakültəsinin tələbəsi, BMT-nin FAO təşkilatında təcrübəçi, Aİ-nin Şərq Tərəfdaşlığı layihəsində gənc səfir və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Assembleyasında Beynəlxalq Əlaqələr katibi vəzifələrini icra edir.

Digər üzvümüz olan Mustafa Bayramlı EducationUSA-in dəstəyi ilə Rəqabətli Kollec Klubunun (CCC) üzvlərinə təqdimat keçirdi. Mustafa eyni zamanda CCC klubunun fəal üzvüdür və bu əsnada Debat təlimləri keçirir. O, həmçinin, Asiya İnkişaf Bankında, Topçubaşov Mərkəzində və Khan Academy platformasında təcrübəçi kimi fəaliyyət göstərir.

Daha bir fəal üzvümüz olan Nicat Quliyev ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr ofisinin dəstəyi ilə Bakı Amerika Mərkəzində Dayanıqlı Qida Seçimləri və Sağlam Qidalanma haqqında təqdimat keçirərək insanları düzgün qida seçimləri etməyə dəvət etmişdir. Nicat ABŞ Dövlət Departamentinin təqaüd proqramı olan UGRAD proqramının məzunudur və ABŞ təhsilli Azərbaycan Məzunlar Birliyinin (AAA) üzvüdür. Bunlarla yanaşı Oikos Baku-da Araşdırma və İnkişaf Koordinatoru, Əməkdaşlıq və İnkişaf Şəbəkəsi üzrə Gender İşçi Qrupunun koordinatoru, Aİ-nin Şərq Tərəfdaşlığı Layihəsində Gənc Avropa Səfiri və Mil Şəbəkəsinin fəal üzvüdür.

Gənclər Şəbəkəmizin digər fəal üzvlərini də çox əhəmiyyətli addımlar ataraq Slow Food`un “Keyfiyyətli, təmiz və ədalətli” qida fəlsəfəsini təbliğ edirlər. Onlar kulinariya mütəxəssisləri ilə görüşlər keçirir, unudulmuş məhsullar haqqda məlumat toplayır və yerli biomüxtəliflik elementlərini Dad Gəmisinə əlavə etməkdə, aşpazlara, fermerlərə və digər şəxslərə dəstək göstərir və layihə üçün mühüm töhfələr verirlər. Üzvlər aylıq yığıncaqlarda fəal iştirak edirlər və layihə çərçivəsində davamlı istehlak və ətraf mühitin və mədəni irsin qorunması barədə ictimaiyyətə məlumat verməyə kömək edəcək yeni ideyalar haqqında fikir mübadiləsi aparırlar.

Tezliklə digər parlaq Gənclər Şəbəkəsi üzvlərimizlə tanış olacaqsınız, bizdən ayrılmayın! Əgər siz də bu təşəbbüslərə qoşulmaq istəyirsinizsə bizim Gənc Şəbəkə koordinatorlarımızla əlaqə saxlayaraq (aşağıda göstərilib) şəbəkəmizdə üzv ola bilər və ya yerli məhsulları Dad Gəmisi müsabiqəsinə nominasiya etməklə bizə öz təhfənizi verə bilərsiniz. Dad Gəmisi çərçivəsində səyahət edəcək məhsullar beynəlxalq səviyyədə tanıdılacaq və qlobal auditoriyaya Azərbaycanın zəngin biomüxtəlifliyini kəşf etməyə kömək edəcəkdir.