Slow Food Azərbaycan Gənclər Birliyi Slow Food Manifestinin – ‘’Bizim qidamız. Bizim Planetimiz. Bizim Gələcəyimiz’’ – 30 illiyini qeyd etdi

Dekabrın 8-də Slow Food Azərbaycan Gənclər Birliyi  tərəfindən təşkil olunan ictimai tədbirdə, ölkənin təbiətsevərləri paytaxtın mərkəzində yerləşən “Kənddən şəhərə” mağazasında toplaşaraq yerli kəndli brendlərə  dəstək üçün alış-veriş etdilər və Slow Food`un Avropa Birliyi tərəfindən maliyyələşdirilən COVCHEG layihəsinin Biomüxtəliflik, Presidia, Dad Gəmisi, Aşbazlar Aliyansı kimi  komponentləri ilə yanaşı, digər aktual ətraf-mühit problemləri və onların qarşısının alınması üçün tədbirlər müzakirə olundu. İştirakçılara daha geniş məlumat üçün kiçik əl kitabcıqları və bukletlər paylanıldı.

Bəhs olunan missiyaların hər biri öz-özlüyündə yerli cinslərin və yerli bitki növlərinin qorunmasına, məhv olmaq təhlükəsi ilə üzləşən keyfiyyətli istehsalın müdafiəsi və metodlarının bərpasına xidmət edir.

Tədbirdə həmçinin SFGB-nin fəalliyyət planına uyğun olaraq aylıq hədəflərinə çatmaq üçün gələcək addımları da müzakirə olundu. Buna şəhərdəki ofis  iş yerlərində kağızın təkrar emalı, yerli məktəblərdə və kolleclərdə maarifləndirmə işləri və daha başqa planlar daxildir.

Günün ikinci yarısında, SFGB üzvləri “Kənddən şəhərə” mağazasında satışa çıxarılan ekoloji cəhətdən təmiz məhsullara baxmağa başladılar. Onların bu addımı yerli fermerlərə dəstək olmaq məqsədi daşıyırdı. “Kənddən şəhərə Dövlət Aqrar Təhçizat və Tədadarük Şirkətinin fermerlərə məhsullarının marketinqi, daşınması və tədarükü ilə bağlı dəstək göstərən bir  layihəsidir.

Nəticə etibarilə, bu çoxyönümlü tədbir gənc təbiətsevərləri nəninki ‘yaxşı, təmiz,ədalətli’ şüarı altında birləşdirdi, həm də onlara Slow Food missiyası haqqında nəzəri və praktik biliklər aşıladı və bu missiyaya xidmət edən gələcək addımlar müzakirə olundu. Tədbirdə SFGN üzvlərindən – Nicat Quliyev sağlam qidalanma və onun üsulları mövzusunda çıxış etdi.