Sağlam gələcək naminə təhlükəsiz qidalar
Tədris ili sona yaxınlaşmaqdadır, bu müddət ərzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi “Slow Food Təhsili” kursunu təşkil edərək və məktəblilər üçün sensor təhsili və məsuliyyətli istehlak üzrə vəsait olan “Ləzzətli Dərslər” və biomüxtəliflik üzrə vəsait olan “Dad Gəmisi məktəbdə” kimi iki didaktik vəsait dəstini hazırlayaraq gənc və yaşlı istehlakçıların keyfiyyətli, təmiz və ədalətli qida məhsullarını seçə bilməsi üçün onların məlumatlandırılması və maarifləndirilməsinə böyük diqqət ayırmışdır.
Bu il ərzində təhsil layihələri həyata keçirən və ya sadəcə sağlam gələcək mövzusuna laqeyd olmayan bütün insanlara özləri, layihə iştirakçıları və planetin xeyrinə yekun dərs keçmək ideyasını təklif edirik.
İştirakçılar və geniş ictimaiyyətin diqqətini düzgün qidalanma və məsuliyyətli istehlak məsələlərinə cəlb etmək və əldə olunan bilik, bacarıq və vərdişləri möhkəmləndirmək məqsədilə sizi beynəlxalq BMT günündə iştirak etməyə dəvət edirik. Təhsil kursunun başa çatması ilə əlaqədar qida məhsulları mövzusunda qeyd edə biləcəyimiz çoxlu beynəlxalq günlər mövcuddur:
- 20 may — Ümumdünya Arılar Günü
- 22 may — Beynəlxalq Biomüxtəliflik Günü
- 5 iyun — Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü
- 7 iyun — Ümumdünya Qida Təhlükəsizliyi Günü
Məsələn, Ümumdünya Qida Təhlükəsizliyi günündə gənclər qida və sağlamlıq arasındakı əlaqələr barədə bir daha düşünə bilər, qida təhlükəsizliyi haqqında və sadə gündəlik fəaliyyətlərini dəyişərək qida ilə yayılan bir sıra xəstəliklərin qarşısını almağın yolları haqqında məlumat əldə edə bilərlər. Yediyimiz qidaların təhlükəsizliyi qida məhsullarını yetişdirən, emal edən, daşıyan, saxlayan, satan, hazırlayan və təqdim edən bütün şəxslərin fədakar əməyi sayəsində təmin edilir. Təhlükəsiz məhsullar sağlam həyat, iqtisadiyyat və planetin çiçəklənməsi, o cümlədən sağlam gələcək üçün zəruridir.
Bu günlərlə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə maarifləndirmə mövzusunda silsilə tədbirlərə başlayıb. Tədbirlər çərçivəsində “Qida təhlükəsiziyinin təmin olunması hər kəsin vəzifəsidir” mövzusunda çap materialları hazırlanıb və müxtəlif müəssisələrə və qida zəncirində fəaliyyət göstərən restoranlara təqdim olunub. Bu nəşrlərdə qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin vəzifə və məsuliyyətləri işıqlandırılır.
Məktəblər, məktəbəqədər təhsil müəssisələri, uşaq və gənc yaradacılıq mərkəzləri və yay düşərgələri bu tədbirləri yeməkxana, sinif otağı və həyətdə keçirə bilər. Valideynlər belə tədbirləri müstəqil şəkildə təşkil edə və evdə keçirə bilərlər.
ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜNÜN KEÇİRİLMƏSİ ÜÇÜN İDEYALAR
Qida təhlükəsizliyi barədə söhbət etmək və onun qaydalarına necə əməl etməli olduqlarını göstərmək məqsədilə, ərzaq yetişdirən, emal edən və hazırlayan şəxslərin iştirakı ilə görüş təşkil edin. Görüşə hazırlaşmaq üçün “Ləzzətli Dərslər” adlı vəsaitin “İstehsalçılarla tanış olun” dərsinin materiallarından istifadə etmək olar:
Uşaqları sağlamlıq üçün faydalı olan yerli məhsullarla tanış etmək məqsədilə yerli istehsalçılar və aşpazların iştirakı ilə dequstasiya və ya kulinariya üzrə ustad dərsləri keçirin.
Youtube-da Dünya Səhiyyə Təşkilatının Sağlam Qidalanmanın Beş Əsas Prinsipi adlı cizgi filminə birlikdə baxın və sonra gördüklərinizi müzakirə edin.
Yerli mövsümi meyvələr və ya tərəvəzlərdən istəfad etməklə fleşmob təşkil edin. Məsələn, “Sağlamlıq və təhlükəsizlik üçün alma yeyirik” çellenci. Əgər iyun ayında yetişən bir alma növündən istifadə etmək mümkün deyilsə və payızdan bəri ənənəvi alma çeşidi qalmayıbsa, öz regionunuzda bu dövrdə yetişən digər meyvə və ya tərəvəzi seçin (məsələn, İtaliya üçün bu meyvə və tərəvəzlər aşağıdakılardır: albalı, şaftalı, ərik, yaşıl noxud, şirin istiot). İnsanların qida məhsullarının mövsümiliyi və təhlükəsizliyinin vacibliyini dərk etməsi məqsədilə dostlarınıza, fotoqraflara və jurnalistlərə əvvəlcədən təmiz yuyulmuş meyvə və ya tərəvəzləri eyni zamanda təmiz əlləri ilə yeməyi təklif edin.
İdman-əyləncə tədbirləri keçirin: uzunömürlülük və sağlamlığın təminatı kimi qida məhsullarının təhlükəsizliyinin təbliğ edilməsi üçün qaçış, marş, rəqs və ya fitnes dərslər təşkil edin.
Qida təhlükəsizliyi məsələləri üzrə konkurs keçirin və məlumatların tematik plakat və ya şəkillərlə yayılması üçün iştirakçıları problemə baxışlarını təqdim etməyə dəvət edin. Ən yaxşı işləri ictimai yerlərdə yerləşdirərək qida təhlükəsizliyi mövzusuna diqqət çəkmək olar.
İştirakçıları qida təhlükəsizliyi prinsiplərinə əməl olunması barədə videorolik, müsahibə və ya reportaj hazırlamağa dəvət edin. Videoroliki dostlarınız, sinif yoldaşlarınız və kurs yoldaşlarınız ilə paylaşın və videoroliki öz məktəbinizin saytında yerləşdirin.
Öz tədbirlərinizdən qrup şəkli çəkin (əyani və ya onlayn şəkildə), Ümumdünya Qida Təhlükəsizliyi gününə aid materiallardan, 2021-ci ildə Ümumdünya Qida Təhlükəsizliyi gününün keçirilməsi barədə vəsaitlər, Sensor təhsili və məsuliyyətli istehlak üzrə vəsaitlər “Ləzzətli dərslər”, biomüxtəliflik üzrə vəsaitlər, “Dad Gəmisi məktəbdə” materialından istifadə edin, bizə planlarınız barədə yazın [email protected], sosial şəbəkələrdə #SlowFood, #WorldFoodSafetyDay həştəqi ilə şəkilləri paylaşın.