Səməni halvası

  • 1 kq buğda
  • 1 kq kərə yağı
  • 4 kq ağ un
  • 2 kq qara un (kəpəkli dəyirman unu)
  • 100 qr sarıkök
  • 3 stəkan üyüdülmüş razyana
  • 500 qr darçın
  • 100 qr zəncəfil
  • 2 x.q qara istiot
  • 100 qr hil
  • 6.5 kq şəkər

Hazırlanması:

  • 1 kq buğda 5-6 gün sinidə cücərdilir.
  • Cücərmiş buğda (səməni) ətçəkən maşından keçirilir.
  • Üzərinə bir qədər soyuq su tökülən səməni suyun içində sıxılır və suyu süzülür.
  • Alınmış məhlulla xəmir yoğurulur.
  • Ocaq qalanır. Böyük mis qazanda yağ əridilir.
  • Bura sarıkök əlavə olunur.
  • Yoğrulan xəmir mis qazana tökülür.
  • 1-2 saat boyunca qarışdırılır. Daha sonra üyüdülmüş razyana əlavə olunaraq qarışdırılmağa davam edilir.
  • Dayanmadan qarışdırıldıqdan sonra darçın, istiot, zəncəfil və hil əlaə edilir.
  • Hazır olduqda, soyudulduqdan sonra şəkər əlavə edilir.
  • Əllə forma verildikdən sonra qoz-fındıqa batırılır.