İlanbalığı Sırdağı

4 porsiya
• 800 qr Kür ilanbalığı
• 4 dəstə doğranmış cəfəri
• 12 ədəd alça turşusu
• 8 diş İsmayıllı sarımsağı
• 100 ml abqora
• 120 ml İvanovka günəbaxan yağı
• 600 qr pomidor
• Duz, istiot

Hazırlanması:

  • İlanbalığı yaxşıca təmizləndikdən sonra 4 hissəyə bölünür.
  • Sarımsaq, cəfəri doğranılır, pomidor 2 hissəyə bölünür.
  • Sac (və ya tavaya) yağ əlavə olunur. Yağ qızdıqda ilanbalığı əlavə edilib, 5 dəqiqə qızardılır.
  • Sarımsaq əlavə edilib, daha 1-2 dəqiqə qızardılmağa davam edilir.
  • Sac ocaqdan götürülüb ilanbalığı səliqə ilə düzülür.
  • Cəfəri, pomidor, alça turşusu, abqora, duz və istiot əlavə edilir.
  • Sacın ağzı örtülərək ocağın üstündə daha 5-10 dəqiqə bişməyə qoyulur.
  • İsti halda süfrəyə verilir.