Hər dəfə alış-veriş edərkən dayanıqlı seçimlər edin

Dayanıqlı istehlakın təşviqi üçün yeni rəqəmsal kampaniya! Kampaniya Avropa İttifaqının maliyyələşdirdiyi ‘COVCHEG: Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi’ layihəsi çərçivəsində Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq şəklində həyata keçirilir.

Yaddan çıxarmayaq ki, hər dəfə alış-veriş etdiyimiz zaman fərdi seçimlərimiz ərzaq məhsullarının qlobal istehsal sisteminə müsbət təsir edə bilər.

Əslində, ərzaq məhsullarının qlobal istehsal sistemi kənd təsərrüfatının intensiv metoduna əsaslanır və o da qatqılar, konservantlar, şəkər və doymuş yağlarla zəngin emal edilmiş, yüksək kalorili qidalar istehsal etmək məqsədilə sintetik pestisidlər və gübrələrdən asılı olur. Bu, xüsusilə daha həssas ölkələrdə ətraf mühit, iqtisadi və sosial dinamikalarda qeyri-tarazlığa səbəb olur və cəmiyyətdə çoxsaylı səhiyyə problemləri yaradır.

Lakin düzgün seçim etmək çətin deyil: istehlak təcrübələrinin istehsal təcrübələri ilə sıx əlaqəli olması fərziyyəsindən başlamaq kifayətdir. Kiçik ölçülü məhsullar, yerli istehsalçılar, ciddi heyvan sağlamlıq meyarları və s. heç zaman getdikcə daha da yüksələn istehlak səviyyələri ilə, xüsusilə də istehlak etmək istədiyimiz məhsullara görə az pul ödəmək iddiası ilə əlaqələndirildiyi təqdirdə, ayaqlaşa bilməyəcəyini anlamaq kifayətdir.

‘COVCHEG: Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi’ layihəsi bu çərçivədə məsuliyyətli istehlaka həsr olunmuş yeni rəqəmsal kampaniya başladaraq, həftəlik alış-veriş zamanı vətəndaşların məntiqli seçim etməsinə kömək etməyə çalışır.

Azərbaycandaki Slow Food layihəsi özünün sosial media səhifələrində həftədə bir dəfə ətraf mühitə daha az təsir göstərmək məqsədilə vərdişləri və kiçik dozalarla qida sistemini necə dəyişdirmək mövzusunda faydalı tövsiyələr verəcəkdir.

Uzun illərdir ki, Slow Food həm fərdlər, həm də planet üçün mümkün qədər davamlı və sağlam olan istehsal, emal və istehlak modellərini tanıtmaq üçün çalışır. İnsanların düşüncəsində sağlam pəhriz çox vaxt bəzi qidalardan özünü məhrum eləmə, kalori qəbulunun azaldılması və monotonluqla əlaqələndirilir. Əslində isə qidalanmaq asanlıqla sağlam və eyni zamanda ləzzətli ola bilər.

Bizim üçün xeyirli olan qidalar ətraf mühit və cəmiyyət üçün də xeyirlidir.

Bəs hər gün yaxşı şəkildə necə qidalana bilərik? Yeni bir şey kəşf etməli deyilik; əksinə, öz zəngin qastronomik ənənələrimizə baxmalı və öz vərdişlərimizi asan qida seçimləri ilə dəyişməyə başlamalıyıq. Məsələn:

  1. İntensiv üsul ilə əldə edilən ətdən uzaq durun və yüksək həyat standartlarına əsasən istehsal edilən ətə üstünlük verin və beləcə, çox şey etmiş olacaqsız. Paxlalı bitki və tərəvəz istehlakını da artırın. Əti dadlı
    mövsümi məhsullarla əvəz edin və çox şey itirməyəcəksiz.
  2. Həddən artıq aşağı qiymətlərə inanmayın, çünki onlar, adətən, aşağı keyfiyyətdən, istismardan, ətraf-mühitə mənfi təsir edən xərclərin gizlədilməsindən və təsərrüfatlardakı dəhşətli iş şəraitindən xəbər verir.
  3. Yaddan çıxarmayın ki, yerli məhsullar daha yaxşı olur. Ət alarkən həmişə onun mənşəyini yoxlayın və idxal olunan məhsulları seçməyin. Yerli ərazini daha yaxşı tanıyın və orada hansı meyvə-tərəvəz, heyvan
    cinslərinin yetişdirildiyini, çörək, ət və ənənəvi şirniyyatların hazırlandığını öyrənin.
  4. Etiketləri yaxşıca oxuyun, çünki onlarda ətin növü ilə bağlı faydalı məlumatlar əks olunur. Vaxtınız olmayanda isə aldığınız məhsullar haqqında istehsalçılardan məlumat əldə edin.
  5. Soyuducunuzu tamamilə doldurmayın. Təzə ət aldığınız zaman ən yaxın günlərdə istifadə edəcəyiniz miqdarda alış-veriş edin. Ümumilikdə, qida tullantılarının miqdarı qorxulu həddə çatır: dünya üzrə istehsal
    olunan ərzaq məhsullarının üçdə biri tullantıya çevrilir.
  6. Hər şeylə maraqlanın. Keyfiyyətli məhsullar axtarın və satıcıları yüksək keyfiyyətli məhsullar təmin etməyə sövq edin. Mümkün olan yerlərdə ara-sıra təsərrüfatlara səfər edin.
  7. Ətraf-mühitə rəğbətlə istehsal olunan ərzaq məhsullarını seçin. Qida seçimlərimiz yalnız tozlandırıcıları deyil, ümumiyyətlə ətraf mühiti qorumaq üçün əlimizdə olan ən təsirli vasitədir. Məsuliyyətli istehlakçılar öz seçimlərinin nəticələrindən xəbərdar olan kəslərdir. Ətraf-mühitə, heyvanların həyatına və istehsalçıların rifahına rəğbətlə hazırlanmış (resursları çirkləndirməyən və ya həddən artıq istismar etməyən)
    məhsullara üstünlük verin.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən ‘COVCHEG: Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi’ layihəsi çərçivəsində Slow Food Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq edərək Azərbaycanda daha dayanıqlı kənd icmaları üçün əlavə gəlir mənbəyi kimi yerli biomüxtəlifliyi qorumaq, davamlı yerli dəyər zəncirlərini inkişaf etdirmək və qastronomik turizmi təbliğ etmək istiqamətində işləyir. Aİ-Azərbaycan tərəfdaşlığı yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti qrupları
və digər maraqlı tərəflərlə yaxından əməkdaşlıq edərək, ərazidə bioloji müxtəlifliyin və mədəni irsin qorunması ilə yanaşı Aİ-nin yerli xüsusiyyətlər və qastronomiya üzrə ən yaxşı təlim və təcrübələrini bölüşəcəkdir.