Dümsüyyə düyüsü

Dümsüyyə düyüsü Azərbaycanda, xüsusilə Lənkəran, Masallı və Astara rayonlarının bəzi yerlərində yetişdirilən qara uzun dənəli düyü çeşididir.

Mart və aprel aylarında əkilir və avqust ayının əvvəlində yığılır. Tarixən bu düyü Talış icması tərəfindən becərilirdi və hələ də yerli qastronomik ənənələrdə mühüm rol oynayır.

Dümsüyyə düyüsü yox olma təhlükəsi altında olan çeşiddir. 1965-ci ildə Sovet İttifaqının düyü becərilməsini dayandırmaq və əvəzində tərəvəz yetişdirmək qərarını verməsi ilə bu növ getdikcə itməyə və düyü becərmə ənənəsi məhv olmağa başladı. Bu səbəbdən Düyü Tədqiqat İnstitutu da fəaliyyətini dayandırdı.

Son illərdə Dümsüyyə düyüsü yerli düyü sortlarını qorumaq üçün Lənkəran rayonunda fəaliyyət göstərən Razi Rice Kooperativi tərəfindən bərpa edildi. Razi Rice Kooperativi toxumları İranın Rəşt Şəhər Universitetindən əldə etmiş və davamlı becərmə üsulları ilə yetişdirir. Dümsüyyə düyüsü çox aşağı məhsuldarlığa malikdir, lakin əla bişmə xüsusiyyətləri və bişdikdən sonra qatılığını çox yaxşı saxlaması sayəsində plov hazırlayarkən aşpazların üstünlük verdikləri növlərdən biridir.