Dad Gəmisi Müsabiqəsi Yekunlaşdı

Avropa İttifaqının maliyyələşdirdiyi COVCHEG layihəsi çərçivəsində elan olunan Dad Gəmisi müsabiqəsi artıq yekunlaşdı.

Müsabiqənin məqsədi yerli və yoxa çıxma təhlükəsi olan biomüxtəlifliyi kəşf edərək dünya miqyasında təbliğ etmək idi. Dad gəmisi bütün dünya mədəniyyəti və adət- ənənələrinin bir hissəsi olan və yox olmaq təhlükəsi qarşısında qalan qidalar üzrə onlayn kataloqdur.

Dad gəmisində bitiki və heyvan növlərinə də rast gəlmək mümkündür, amma bitki və heyvan növləri, emal olunmuş məhsullar, pendirlər, konservləşdirilmiş ət çeşidləri, çörək və şirniyyat növləri ilə birlikdə həm də fermerlərin və əsnafların bildikləri məlumatlar da yox olmaqdadır – bu məlumatlar isə yazılı reseptlər şəklində mövcud deyil, lakin mürəkkəb və zəngin bacarıq və təcrübə şəklində bir nəsildən digərinə ötürülüb.

Hall hazırda Slow Food Biomüxtəliflik Fondunun beynəlxalq veb səhifəsində təbliğ olunan Azərbaycan məhsulları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki müsabiqə çərçivəsində 80-dən çox məhsul nominasiya olunub, iştirak edən hər bir kəsə təşəkkür edirik. Yüksək sayda nominasiyaları və hall hazırki COVİD-19 pandemiyasını nəzərə alaraq bu müraciətləri yoxlayıb araşdırmaq vaxt alacaq, buna görə səbrli olacağınıza ümid edirik. Tezliklə müsabiqənin qalibləri açıqlanacaq və seçim kriteriyalarına cavarb vermiş seçilən məhsullar veb səhifəyə yerləşdiriləcək.