Dad Gəmisi müsabiqəsinin son tarixi uzadılıb!

Slow Food Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən COVCHEG layihəsi çərçivəsində Dad Gəmisi müsabiqəsini elan edir.

Karantin günlərini səmərəli dəyərləndirmək üçün əla fürsət.Yox olma təhlükəsi altında olan ən əhəmiyyətli məhsulları Slow Food-a bildirməkdə ən fəal iştirak edən şəxs mükafatlandırılacaq.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən COVCHEG layihəsi çərçivəsində Slow Food Azərbaycanda Dad Gəmisi adlı milli müsabiqəni elan edir. Sosial şəbəkə vasitəsilə Azərbaycanda yaşayan insanlardan müvafiq ərazinin mədəniyyətinə, tarixinə və ənənələrinə aid olan məhsulları Slow Food Dad Gəmisi kataloquna əlavə etmək üçün nominasiya etmələrini xahiş edirik. Müsabiqənin son tarixi 2020-ci il 31 may tarixinədək uzadılıbBu fürsəti qacırmayın və karantin rejimi müddətincə ailəniz və yaxınlarınızla keçirdiyiniz vaxt ərzində xüsusəndə yaşlı ailə üzvlərindən məlumat toplayaraq yerli biomüxtəlifliyi qorumaqda bizə kömək edin.

İştirakçılar məhsul haqqında məlumat toplamalı, onun şəklini çəkməli və onlayn formanı doldurmalıdırlar. Ən yaxşı məhsulu nominasiya edən şəxs dünyanın keyfiyyətli, təmiz və ədalətli qidalarına həsr edilmiş ən vacib tədbiri olan Terra Madre Salone del Gusto 2020 tədbirində iştirak etmək üçün İtaliyaya səfər edəcək. Bu tədbir 2004-cü ildən başlayaraq hər iki ildən bir Torino şəhərində baş tutur.  

Məqsədimiz qida biomüxtəlifliyini qoruyub-saxlamaq və təbliğ etməyin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, vətəndaşları öz qida irsi, sözügedən məhsulların əsasını təşkil edən məhsuldarlıq konteksti ilə tanış olmağa çağırmaq və belə dəyərli xəzinənin qoruyucuları olaraq istehsalçıların əhəmiyyətli mövqeyini hər kəsə çatdırmaqdır.

Dad Gəmisi Aİ tərəfindən maliyyələşdirilən və 2018-ci ilin sentyabr ayında start verilmiş COVCHEG layihəsinin bir parçasıdır və 3 illik zaman çərçivəsində kiçik istehsalçıların gəlirini artırmağa qabil dayanıqlı yerli qida zəncirini inkişaf etdirmək; kənd icmalarında davamlılığı təmin etmək məqsədilə əlavə gəlir mənbəyi kimi kənd turizmini təbliğ etmək; və uğurlu kənd icmaları ilə möhkəm yerli qida sistemləri arasında əlaqəni təkmilləşdirməyə nail olmaq niyyətindədir. Bu müsabiqə vətəndaşlar arasında onların gündəlik qida seçimlərinin təsiri ilə bağlı maarifləndirmə aparmağa yönələn fəaliyyətlərdən biridir.  

Müəyyən bir əraziyə və kənd icmasının mədəniyyətinə sıx bağlılığa əsaslanan qida məhsullarının yerli miqyası aqro-biomüxtəliflik və ərazinin Slow Food perspektivinə əsasən həyata keçirilmiş xəritələşməsi üçün önəmlidir.  

Ötən il, bir sıra mənbələrin nəzərdən keçirilməsi və maraqlı tərəflərlə müsahibə aparılması əsasında məhsulların ilkin siyahısı hazırlanmışdır. Növbəti mərhələ isə məhsulları sıx şəkildə pilot ərazilərlə əlaqələndirən xüsusiyyətlərlə birgə onların inventarizasiyasını həyata keçirməkdir; bunlardan bəziləri artıq Dad Gəmisi kataloquna əlavə edilərək toplanmış məlumatları ümumiləşdirən məlumat cədvəlində ətraflı şəkildə təsvir edilib.