Çoban qovurması
2 porsiya
• 200 qr qovurma (quzu)
• 42 qr soğan
• 50 qr alça (və ya alça qurusu)
• 1 dəstə keşniş
• 1 dəstə şüyüd
• Duz, istiot
Hazırlanması:
- Qovurma əti tavaya yığılır. Qovurma isinəndə soğan əlavə edilir.
- Xörək vaxtaşırı qarışdırılır. Soğan qızarana yaxın alçalar əlavə edilir.
- Duz, istiot vurulub qarışdırılır.
- Tavanın qapağı bağlanıb ocaqdan götürülür.
- Süfrəyə verilərkən üzərinə zövqə uyğun göyərti (keşniş, şüyüd) səpilir.
