Azərbaycanın müxtəlif yerlərindən olan aşpazlar yerli biomüxtəlifliyi qorumaqda könüllü oldular və Slow Food “Aşpazlar Alyansı”nın beynəlxalq şöbəsini təsis etmək üçün müraciət etdilər

Azərbaycan aşpazlarının məxsusilə biomüxtəlifliyin mühafizəsinə həsr edilmiş 25 yanvar tarixli ilk görüşü ölkənin paytaxtı Bakı şəhərində baş tutmuşdur. İştirak edən aşpazlar öz qüvvələrini birləşdirərək kiçik təsərrüfatçıların və yerli istehsalçıların yerli qastronomiya irsini təbliğ etməklə onlara dəstək olmağa qərar veriblər. 

Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Slow Food yox olma təhlükəsinə məruz qalan yerli dadların qorunması və canlandırılması məqsədilə alyans təsis etməkdə maraqlı olan, Azərbaycanın müxtəlif yerlərindən olub məşhur hotellər və restoranlarda fəaliyyət göstərən 10 aşpaz üçün Aşpazlar Alyansının konsepsiyası üzrə təqdimatını həyata keçirib. Bu təşəbbüs “Slow Food International” təşkilatı tərəfindən Heyvanların Mühafizəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası ilə tərəfdaşlıq və Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və PAŞA Travel agentliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilən, Aİ tərəfindən maliyyələşdirilən COVCHEG layihəsi çərçivəsində başladılıb. 

Görüş Azərbaycan Turizm Bürosunun nümayəndəsi Səkinə Əsgərovanın açılış nitqi ilə başladı. Məşhur blogger və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının (AKMA) həmtəsisçisi Fərhad Aşurbəyli aşpazları təqdim edərkən belə deyib:

“Azərbaycanlı aşpazlar olaraq, biz Azərbaycanın biomüxtləlifliyini qorumaq məqsədilə Slow Food ilə əməkdaşlıq etməyə və  restoranlara gələn qonaqlara təbliğetməyə hazırıq”. 

Daha sonra görüş köməkçi layihə rəhbəri Yaqub Zeynalzadənən Slow Food Aşpazlar Alyansı konsepsiyası, “keyfiyyətli, saf və təmiz” qida fəlsəfəsi və layihənin digər komponentləri haqqında olan təqdimat ilə davam edib. Fəal keçən müzakirə sessiyasında aşpazlar masterklas təşkil etmək, əməkdaşlıq məqsədilə digər yollar axtarmaq və məhsullarını təbliğ etmək istədikləri kiçik təsərrüfatçılara baş çəkmək niyyətində olduqlarının bildiriblər. Azərbaycan Slow Food Gənclər Birliyi də təqdimatda faəl iştirak etmişdir. 

Aşpazlar da yox olma təhlükəsinə məruz qalan heyvan və bitki növlərini vurğulamaqla və onları Slow Food-un yoxa çıxmaq üzrə olan məhsullardan ibarət kataloquna daxil edilmək üçün təqdim etməklə Dad Gəmisinə fəal dəstək göstərirlər. Hər kəsi öz regionlarının yerli ərzaq məhsullarını burada təqdim etməklə töhfə verməyə dəvət edirik.