Azərbaycanda ilk dəfə Slou Fud fəlsəfəsinə əsaslanan menyunun təqdimatı keçirilib

Avqustun 20-də Şamaxının Adnalı kəndində Avropa İttifaqının maliyyə dəstəyi, Beynəlxalq Slow Food Assosiasiyasının Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi “COVCHEG “layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə Slou Fud fəlsəfəsinə əsaslanan menyunun təqdimatı keçirilib.

Slou Fud menyusunun hazırlanmasında Slow Food Dad Gəmisinə daxil olan yerli məhsullardan istifadə edilib. Dad Gəmisi beynəlxalq onlayn kataloq olmaqla yox olmaq təhlükəsilə üzləşən yerli məhsulların qeydiyyatını aparır ki, hazırda bu kataloqa Azərbaycandan 31 məhsul daxil edilib.

Keyfiyyətli, təmiz və ədalətli qida prinsipnə əsaslanın menyunun tərtibatçıları Slow Food Aşpazlar Alyansının üzvləri tanınmış aşpazlar Orxan Muxtarov və Əbülfəz Həbibovdur. Hazırda bioloji müxtəlifliyi qoruyan və ədalətli qida istehsalçılarını dəstəkləyən beynəlxalq aşpazlar şəbəkəsi olan Slow Food Aşpazlar Alyansına 400-dən artıq aşpaz daxildir və onların da 9-u Azərbaycandandır.

Təqdimatda çıxış edən…..

Tədbir zamanı qonaqlar unikal təamları dada, həmçinin istehsalçılar və alyansa üzv olan aşpazlarla bilavasitə tanış olma imkanı da qazanıblar.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Slow Food Assosiasiyası Azərbaycan Turizm Bürosu ilə birlikdə Azərbaycanın pilot bölgələrində – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax – kənd yerlərinin balanslı inkişafına və dayanıqlı qida sisteminə töhfə vermək məqsədilə “Böyük Qafqaz Dağlarında İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” (“COVCHEG“) layihəsini həyata keçirərək yerli və regional qida zəncirlərini, həmçinin Slow Food Səyahət proqramı modellərini təbliğ edir.

Slou fud dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.