Azərbaycan Slow Food Gənclər Birliyi fəaliyyətə başladı

Slow Food Gənclər Birliyi (SFGB) qida məhsulları vasitəsilə daha yaxşı bir gələcək yaratmaq məqsədilə birgə fəaliyyət göstərən gənclərin ümumdünya şəbəkəsidir. Azərbaycanlı gənc fəallar da Slow Food-un məqsədlərini özlərinə rəhbər tutmaqla COVCHEG layihəsinin bir parçası olaraq Gənclər Şəbəkəsinin filialını yaratmağa qərar veriblər.

10 noyabr 2019-cu il tarixində həvəskar gənclər Bakıda bir araya gələrək Azərbaycan SFGB-in əsasını qoymaq istiqamətində atacaqları ilk addımları müzakir etdilər: bu, Aİ tərəfindən maliyyələşdirilən COVCHEG (Böyük Qafqaz Dağlıq Ərazilərində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi) layihəsinin başlıca məqsədlərindən biri olub, həm də ekoloji problemlər mövzusunda ictimai maarifləndirmə məqsədi daşıyır. 

Slow Food COVCHEG layihəsini Heyvanların Mühafizəsi İctimai Birliyi (HMİB) və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası (AKBMA) ilə birlikdə həyata keçirir. Sözügedən layihə yerli qastronomiyanı və mədəni irsi dəyərləndirməklə, Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpası və rifahlarının yaxşılaşdırılması məqsədini daşıyır. Bu üç illik layihə aqrobiomüxtəlifliyin qorunması, iqtisadi inkişaf və yoxsulluğun azaldılması kimi qarşılıqlı əlaqəli məqsədlərdən ibarət inkişaf modelini təbliğ edir. Bu məqsədlər güclü idarəetmə və aqrobiomüxtəliflik məhsullarının səmərəli istifadəsi ilə əldə oluna bilər. Önəmli bir əməkdaş olan Slow Food qida biomüxtəlifliyini qorumaq, istehsalçı və istehlakçılar arasında əlaqələr qurmaq və qida zəncirinə təsir edən ən aktual mövzulardan bir neçəsi haqqında maarifləndirməni həyata keçirmək məqsədilə dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərir. 

Azərbaycan Slow Food Gənclər Birliyi biomüxtəlifliyin qorunmasının və ekoloji problemlərin təbliği, həmçinin kiçik təsərrüfatçılara dəstək məqsədilə fəaliyyətə başladı. 

Sözügedən Birlik yerli istehsalçılara dəstək olmaq məqsədilə aşağıdakıları həyata keçirmək niyyətindədir: yerli istehsalçıların məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə onları mümkün fürsətlər barədə məlumatlandırmaq; Dad Gəmisi və Prezidiya məhsullarını təbliğ etmək məqsədilə yerli üzvi qida mağazaları ilə əməkdaşlıq etmək; sosial media və məktəb və universitetlərdə təqdimatlar vasitəsilə maarifləndirmə işini həyata keçirmək; yerli məhsulları, sağlam qidalanmanı, sıfır tullantı və təkrar istehsalı təbliğ etmək məqsədilə tədbirlər təşkil etmək.

Yeni birlik yerli istehsalçıları və təsərrüfatçıları dəstəkləmək məqsədilə sosial media və tədbirlər vasitəsilə Dad Gəmisi başda olmaqla layihənin xüsusi komponentlərini təbliğ etmək üçün artıq müxtəlif təqdimatlar həyata keçirib. Yox olma təhlükəsinə məruz qalan qida məhsullarından ibarət Slow Food kataloqunun hazırlanması ilə bir çoxları ərzaq məhsullarını həvəslə Dad Gəmisi Müsabiqəsi üçün təklif etməyə başladı və Azərbaycanın kənd yerlərində fəaliyyə göstərən bir çox təsərrüfatçı və kiçik bizneslər də bu hərəkata cəlb olundu. Ən əsası isə həmin birlik öz işinin vurğunu olan aşpazlar, qida bloggerləri və üzvi qida mağazaları ilə fəal şəkildə əlaqə saxlayaraq onları Slow Food Aşpazlar Alyansına qoşulmağa və Prezidia məhsulları istehsalçılarını dəstəkləməyə dəvət edib. 

“Komanda işlərində fəal iştirak etmək özünə inamı artırır və hərtərəfli inkişafa səbəb olur. Bu baxımdan, oktyabrdan yanvar ayına kimi Azərbaycan Slow Food Gənclər Birliyinin əsas hədəfi sırf geniş ictimaiyyətlə əlaqələri maksimallaşdırmaq idi”.

Mustafa Bayramlı (Azərbaycan Slow Food Gənclər Birliyinin üzvü)

Bu ilkin cəhdlər Azərbaycanın biomüxtəlifliyinin gələcək nəsillər üçün qorunmasına zəmanət vermək yolunda böyük bir addım idi, bununla belə, əlbəttə, qarşıda daha çox işlər görülməlidir. İrəli və daim irəli!