Ata-Baba fındığı, Mədrəsə üzümü və yabanı Qafqaz itburnusu Azərbaycanda təsis olunmuş ilk üç Slou-Fud Prezidiyasıdır

2018-ci ildən bəri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi, kənd və Böyük Qafqaz dağlarının iqlim zonaları ilə əlaqədali 40 yerli tərəvəz, meyvə növü, ənənəvi evdə hazırlanma şirniyyat, heyvan cinsləri və yabanı bitkilərin xəritəsini hazırlayıb. Bunlardan 28-i artıq bütün dünyada yox olma riski altında olan keyfiyyətli qida məhsullarını seçən və kataloqu edən Dad Gəmisinə daxil edilib.

Bu gün bu layihə əsas mərhələyə, Azərbaycanda ilk üç Slou Fud Prezidiyasının yaradılması mərhələsinə çatıb.

Slou Fud Prezidiyası təsərrüfatları dəstəkləyir, bioloji müxtəlifliyi qoruyan və ənənəvi qida istehsalı texnikalarını mühafizə edən icmaların yaradılmasını əhatə edir. Bu, fermerlərin daha az təcrid olunmasına, çətinliklərin öhdəsindən birlikdə gəlməyə və üçüncü tərəflərin iştirakı olmadan bazara çıxmasına kömək edir. Prezidiya tərəfindən qorunan bütün məhsullar müəyyən bir ərazinin tarixi və mədəniyyəti ilə əlaqələndirilir. Fermerlər mütəxəssislərlə görüşlər və beynəlxalq təcrübə mübadiləsi yolu ilə təlimləndirilirlər.

Bəs Fud Prezidiyasına daxil olmağa layiq ilk üç Azərbaycan məhsulu hansılardır?

Yabanı Qafqaz itburnusu

İtburnu, Girdimançay çayının allüvial düzənliyində və ölkənin şimal-şərq hissəsində yerləşən İsmayıllı rayonunun sahil meşələrində yetişən Rosaceae ailəsinin Rosa cinsinə aid çoxillik kol bitkisidir.

Bu növlərlə mədəni və qastronomik əlaqə, həm meyvə istehlakı üçün, həm də xüsusilə gülləri olmaqla bitkinin digər hissələri üzrə itburnunun xüsusiyyətlərini mənimsəyən kənd əhalisinin böyük qabiliyyəti və diqqəti ilə bağlıdır.

Yabanı Qafqaz itburnusu dövlət meşələrində yetişir və mülkiyyət hüququ yoxdur. Məhsul yığanlar məhsulun cəmiyyətin xeyri üçün təməl bir qida mənbəyi olduğunu bildiklərindən zorakı texnika istifadə etmirlər: onlar bitkinin sağlamlığına, dağların və meşə landşaftının qorunmasına hörmətlə yanaşmalıdırlar. Günümüzdə dağlıq ərazilərdə yaşayışın azalması, gənclərin olmaması, həmçinin bu vəhşi növlə əlaqəli məlumatın olmaması səbəbindən bu məhsulun yox olma riski yüksəkdir. İtburnu Prezidiumun qadın istehsalçılarının əksəriyyəti ilə əlaqələndirici rolunu icra edən Səhər Ağayeva deyir: “Yabanı şəkildə böyüyən bu bitki təbiətin gözəl ərmağanıdır və təbliğ edilmədiyi üçü əksər insanların itburnudan xəbəri yoxdur. İnanırıq ki, Slou Fudun köməyi ilə biz bu bitkinin potensialını bərpa edə bələcəyik”.

Azərbaycan fındığı

Ata-Baba fındığı, Azərbaycanın qədim fındıq sortudur. Bu fındığın yetişdiyi Qəbələ və Qax rayonları arasında Qafqaz dağlarının cənub yamacları yalnız əkinçilik baxımından deyil, həm də mədəni baxımdan zəngin bir biomüxtəliflik təqdim edir.

Ata-Baba fındığı quru qida kimi istehlak olunur. Xüsusilə, Novruzda paxlava və şəkərbura kimi şirniyyatların vacib tərkib hissəsidir.

Azərbaycan dünyanın ən vacib fındıq istehsal edən ölkələrindən birinə çevrildikcə, yerli sortlar çox vaxt kifayət qədər dəyərləndirilmədiyindən yerli əhəmiyyəti itirməyə başladı. Kiçik miqyaslı istehsalçılar beləliklə yerli istehsala dair suverenliklərinin bir hissəsini itirdilər, beləcə məhsulu emal sənayesi və ixracı üçün kütləvi istehsal edən yerli satıcılara satmağa başladılar. Prezidium, hələ də qədim fındıq çeşidini yetişdirən kiçik miqyaslı istehsalçıları dəstəkləmək və məhsullarına layiq olduğu dəyəri almalarına kömək etmək məqsədi daşıyır.

“Fındığımızın potensialına inanırıq, lakin böyük sənaye sahələri kiçik fındıq müəssisələrini silib süpürdü. Bir araya gələrək bir kooperativ qura bilsək, fındıq əkinçilərinin işini bərpa edə bilərik”, deyə Ata-Baba fındıq istehsalçılarından bir olan Səbuhi Nəbiyev vurğulayıb.

Mədrəsə üzümü

Tarixən Şirvan bölgəsi kimi tanınan, ən yüksək zirvəsi 3.629 m olan Babadağ dağının yerləşdiyi dağlıq ərazi, Azərbaycanın Şamaxı bölgəsindəki Mədrəsə kəndinin adını daşıyan yerli qırmızı üzüm sortudur. İqlim dağlıq coğrafiyanın və Xəzər dənizinə yaxın ərazinin yüksək təsiri altında olduğuna görə landşaft, çöllərdən dağətəyi çəmənliklərə və meşələrə qədər çox dəyişir. Nəticə etibarilə, bu Azərbaycan şərab bölgələri quraqdan çox sərin və nəmədək fərqli hava şəraiti ilə qarşılaşa bilər və buna görə də burada yetişən sortlar çox kobud və möhkəm olur. Mədrəsə üzümlərindən zəngin rəngli qırmızı şərablar, eyni zamanda yaxşı səviyyədə tanin ilə sitrus qızılgülləri rəngində şərab istehsal olunur. Moruq və yabanı giləmeyvə kimi meyvələrin ətri ilə zəngindir və ağızda uzun müddət qalır.

1870-80-ci illərdə 50 min hektar əkilmiş Mədrəsə üzümləri sahəsi olmasına baxmayaraq, ümumi əkin sahəsi keçən əsrlərdə xeyli azalmışdır. Slou Fud, bazarda Mədrəsə şərabının yenidən dirçəlməsi üçün çalışan şərab istehsalçıları ilə birlikdə bu əkinçilik metoduna qayıdan və ya heç tərk etməyənlərə dəstək olmaq istəyir.  Həqiqətən də, hazırda kiçik miqyaslı istehsalçılar üzümləri xammalı çox aşağı qiymətə alan böyük sənaye şirkətlərinə satmaq məcburiyyətindədirlər. Hədəfə çatmaq üçün istehsalçılar ətraf mühiti qorumaqla yanaşı müasir istehlakçının ehtiyaclarını ödəmək üçün həm əkinçilikdə, həm də şərabçılıqda davamlı texnikaları təbliğ etməyə qərar verdilər. Bu səbəbdən tarlada sintetik kimyəvi maddələrin istifadəsi qadağan edilmişdir və fermentasiya zamanı heç bir sənaye mayasından istifadə olunmur. Mədrəsə şərabının istehsalçısı Etibar Muradlı “Şamaxıda üzümçülük çoxəsrlik bir ənənədir və Prezidiya qrupu yaratmaqla bu ənənəni beynəlxalq üfüqlərə çıxarmağı hədəfləyirik” dedi.

Layihə haqqında

“Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi vasitəsi ilə Slow Food, yerli biomüxtəlifliyin qalıqlarını qorumaq və yerli istehsalı məhv edən qurulmuş və güclü olanlara alternativ olaraq davamlı yerli dəyər zəncirlərini inkişaf etdirmək üçün çalışır. Avropa İttifaqının maliyyə dəstəyi ilə Slou Fud, Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində Böyük Qafqaz Dağları bölgəsindəki kiçik sahibkarlara dəstək layihəsi hazırlayır. Yerli idarəetmə orqanları, vətəndaş cəmiyyəti qrupları və digər maraqlı tərəflərlə yaxından əməkdaşlıq edərək, Aİ-Azərbaycan tərəfdaşlığı, ərazidə bioloji müxtəlifliyin və mədəni irsin qorunması ilə yanaşı yerli kimlik və qastronomiya mövzusunda Aİ-nin ən yaxşı təcrübələrini bölüşəcəkdir.