Aİ-nin Maliyyələşdirdiyi COVCHEG Layihəsi Azərbaycan Kulinariya Konqresində

Qızıl Şah Kulinariya Festivalı təqdimatı çərçivəsində Azərbaycan Kulinariya Mütəxəssislər Assosiyasiyası (AKMA) 4 Fevral 2019-cu il tarixində Bulvar Otelində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Azersun Holdinqin dəstəyi ilə İkinci Kulinariya Konqresi təşkil etdi.

Tədbir Bulvar Otelinin İcraçı Aşpazı və ACSA-nın sədri Orxan Muktarovun çıxışı ilə başladı. İkinci Kulinariya Konqresi zamanı Dr. Tutu Zeynalova sağlam qidalanma kimi həyati mövzular haqqda təqdimat etdi. Görkəmli qonaqlar arasında məşhur bloger Fərhad Aşurbəyli assosiasiyanın keçən il qazandığı uğurları diqqətə çatdırdı. AKMA daha çox tələbə və beynəlxalq təşkilatlarla işləməyi, bir sıra əlamətdar hadisələrə ev sahibliyi etməyi və aşpaz cəmiyyətini birləşdirməyi hədəfləyir.

Ai-nin maliyyələşdirdiyi COVCHEG layihəsi üzrə köməkçı layihə meneceri Yaqub Zeynalzadə Aşpazlar Aliyansı təşəbbüsü, Dad gəmisi müsabiqəsi və Slow Food`un qastronomik irsin və biomüxtəlifliyin qorunmasında əhəmiyyəti haqqında təqdimat verdi. Aşpazlar İttifaqı 2009-cu ildə qastronomik mirası qorumaq və kiçik miqyaslı fermerlərə – qida dəyəri zəncirinin qəhrəmanlarına dəstək olmaq üçün Slow Foodun keyfiyyətli, təmiz və ədalətli fəlsəfəsi altında toplaşan aşpazların təşəbbüsüdür. Artıq AKMA idarə heyətinin on aşpazı Azərbaycanda Slow Food Aşpazlar Alyansının təməlini qoymaq və Dad Gəmisi və Presidia məhsullarını, eləcə də onların ilkin istehsalçılarına – fermerlərə dəstək olmaq və onları təbliğ etmək üçün müraciət ediblər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən COVCHEG layihəsi çərçivəsində qurulan Slow Food Gənclər Şəbəkəsi Konqres proseduru zamanı gənc könüllülər qonaqları qarşılamaq və qeydiyyat prosesinə kömək edərək tədbir təşkilatçılığına öz töhfəsini verdi. Tədbirdən sonra Orxan Muxtarov gənclər şəbəkəsi üzvlərini Bulvar Otelin otel restoranları və dünyanın hər yerindən gələn peşəkar aşpazlarla tanış etdi.

Konqresdə ölkənin məşhur restoranları və kulinariya mərkəzlərindən 250-dən çox aşpaz olmaqla təxminən 350 qonaq iştirak etmişdir. Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sertifikatları ilə bağlı təqdimatlar tədbirin diqqətəlayiq hissələrindən idi.