Bir qazanda iki plov
4 porsiya
• 5 stəkan düyü
• 1 ədəd kənd toyuğu
• 250 qr kərə yağı
• 2 x.q qatıq
• 2 ədəd yumurta
• 2-3 x.q. zoğal turşusu
• 250 qr təmizlənmiş şabalıd
• 2 dəstə şüyüd
• 2 ədəd soğan
• 100 qr kişmiş
• 100 qr xurma
• 100 qr qaysı
• Sarıkök, duz, istiot
Hazırlanması:
- Düyü yuyulur, otaq temperaturunda minimum 30 dəqiqə suda saxlanılır.
- Toyuq bir buğum qaynadıqdan sonra hissələrə bölünür, duz, istiot və zoğal turşusu vurulur.
- Şabalıd bişdikdən sonra qabıqdan çıxarılır.
- Doğranmış soğan yağda qızardılır.
- Qaynanmış və duzlanmış suda düyü 5-7 dəqiqə qaynadıldıqdan sonra süzülür.
- Vam odda yağ əridilir. Yarım stəkan bişmiş düyü qatıq və yumurta ilə qarışdırılıb ərinmiş yağın üstünə əlavə edilir.
- Toyuq, şabalıd, soğan əlavə edilir. Qazanın bir tərəfi sarıköklü düyü, digər yarısı ilə doğranmış şüyüdlü düyü ilə örtülür.
- Üzəri kərə yağ və meyvə quruları ilə bitir.
- Qazanın qapağı altdan dəsmalla bağlanıb zəif temperaturda 30 dəqiqə dəmə qoyulur. Plovun dibi qazmaq tutanda ocağın üstündən götürülür.
- İsti halda süfrəyə verilir.
