Əliheydər Məmmədov
1983-cü ildə Bakıda anadan olan Əliheydər Məmmədov 14 yaşında 11 nömrəli peşə məktəbinin qənnadçı-aşpaz sinfinə daxil olub. O vaxtdan bəri Almaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə kimi bir sıra ölkələrə aşpaz kimi səfər etmişdir. Əliheydər Məmmədov getdiyi hər yerdə Azərbaycan qastonomiya irsini uğurla təmsil edib. O, 2010-cu ildə Türkiyədə keçirilən aşpazlıq yarışmasında iştirak edərək 24 Avropa ölkəsinin 2000 aşpazı arasında qızıl və gümüş medalları qazanmışdır.
Hayat Residence-də aşpaz, Buta Palace, Four Seasons Hotel Baku, Shamakhi Palace Sharadil, Mangal Steak House kimi Azərbaycanın məşhur restoran və otellərində isə baş aşpaz kimi fəaliyyət göstərən Əliheydər Məmmədov bu sahədə zəngin təcrübəyə malikdir. Hal-hazırda o, şəxsi aşpaz olaraq işləyir. Bununla yanaşı o, 2018-ci ildən Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasında idarə heyətinin üzvü, eləcə də Slow Food Aşpazlar Alyansının fəal üzvüdür.