Əbülfəz Həbibov
Kulinariya sahəsində 10 illik peşəkar təcrübəyə sahib Əbülfəz Həbibov karyerasına Hilton Baku Hotel-də başlayıb. Onun kulinariya repertuarı Pik Palace & Park Chalet Hotel-də artmağa başlayır. Öz kulinariya bacarıqlarını Baku Marriott Hotel Boulevard-da təkmilləşdirən Əbülfəz hazırda bu oteldə Bölmə aşpazı (Chef de Partie) vəzifəsində çalışır.
Kulinariya sənətində dərin biliyə yiyələnən Əbülfəz Əbu-Dabidə təşkil olunan Dünya Aşpazlar Müsabiqəsində Baku Marriott Hotel Boulevard-ı təmsil edir. O, müsabiqəni ‘Praktiki dərs – toyuq’ və ‘Praktiki dərs – balıq’ kateqoriyalarında bürünc medalla başa vurur.
Əbülfəz Həbibov Slow Food Aşpazlar Alyansının üzvüdür.