Slow Food Aşpazlar Alyansı, bioloji müxtəlifliyi qoruyan və ədalətli qida istehsalçılarını dəstəkləyən beynəlxalq aşpazlar şəbəkəsidir.

Restoran, bistro, yeməkxana və küçə piştaxtalarından 400-dən çox aşpaz hər gün öz mətbəxlərində Prezidiya layihələrindən və Dad Gəmisindən olan məhsullardan, həmçinin yerli meyvə, tərəvəz və pendir növlərindən istifadə edərək kiçik istehsalçıları, biomüxtəlifliyin mühafizəçilərini dəstəkləyir. Onların hamısı çox müxtəlif təcrübə və yemək bişirmə tərzinə sahibdirlər, lakin hamısı kənd təsərrüfatı biomüxtəlifliyini mühafizə etmək və qastronomik bilikləri və yerli mədəniyyətləri qoruyub saxlamaq üçün öhdəlik götürürlər.

Aşpazlardan istehsalçılarının adlarını menyulara əlavə etmələri, işlərinə aydınlıq gətirmələri xahiş olunur. Alyansın aşpazları səyahət edir, bir-birləri ilə görüşür, tədbirlərdə iştirak edir və birlikdə yemək bişirirlər.

Aşağıda Slow Food Aşpazlar Alyansına üzv olan Azərbaycanlı aşpazlar ilə tanış ola bilərsiniz.

Vüsal Talıbzadə

Kulinariya və qənnadı məmulatları: Şef (Kulinariya Sənəti Kolleci), Dosent: Qida təhlükəsizliyi kursu (Safe Serve), Ekspert: Mətbəx şefi təlimi (Dalloyau Beynəlxalq Laboratoriyası), Mətbəx meneceri: Hard Rock üsulu ilə mətbəxin idarəedilməsi (Hard Rock Beynəlxalq Məktəbi) və Dosent: Treyner (Harvard International ManageMentor) üzrə akademik təcrübəsi olan Vüsal Talıbzadə 25 ildir ki, peşəkar aşpazlıqla məşğuldur. Vüsal Talıbzadə Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasının, eləcə də Slow […]

Ətraflı
1 2