Rayonlarda Slow Food`a olan maraq getdikcə artır

Slow Food`un Azərbaycandaki nümayəndəsi Yaqub Zeynalzadə pandemiya dövründən əvvəl bölgələrə bir sira səfərlər edərək, layihəyə qoşulmaq istəyən istehsalçılarla görüşlər keçirmiş həmçinin İmsayıllı və Qəbələ Peşə Tədris Mərkəzlərində Avropa İttifaqının maliyyələşdirdiyi COVCHEG layihəsi haqqında təqdimatlar etmişdir.

Hall hazırda Slow Food Prezidiyasına seçilmiş yerli biomüxtəlifliklə bir başa əlaqədə olan fermerlər cəlb olunaraq icmalar yaradılır. Bu icmalara misal olaraq Lahic kəndindəki İtburnu nektarı hazırlayan istehsalçılar qrupunu, Qəbələ və İsmayıllıda yerləşən Dağ balı istehsalçılarını, və Şamaxı rayonunun kəndlərindən olan Mədrəsə üzümü istehsalçılarını və s. misal gətirmək olar. Nümayəndə qruplarla görüşlər keçirərək məhsulların qida təhlükəsizlik standartlarına uyğun şəkildə istehsal olunması üçün zəruri olan addımları müzakirə ediblər.

Səfər zamanı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı ilə görüş baş tumuşdur və əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə olunmuşdur. Qeyd edək ki Şamaxı rayonunda Mədrəsə üzümü istehsalçılarında ibarət Sloü Food Prezidiyası yaradılır, həmçinin royundaki Qafqaz Camışı yetişdirən fermerləri də Slow Food Prezidiyasına qoşulmağa maraq göstərirlər. Şamaxı rayon Qaladərəsi kənd sakini Ceyhun Nuriyev də həmin istehsalçılardandır. Ceyhun Nuriyev eyni zamanda Şəhərdən Kəndə və ABAD layihələrində də iştirak edir. Kiçik ailə təsərrüfatı olmasına baxmayaraq çox geniş çeşidli yerli məhsullar ərsəyə gətirən təsərrüfatçı bölgənin adət və ənənəsini qoruyub saxlamaq üçün çalışır.

Slow Food layihəsi ilə tanış olanda yüz illər ərzində gəlib günümüzə çatan, lakin yox olmaq təhlükəsi yaranan dadların “Qırmızı kitab”ını tapmış kimi hiss etdim“.

Etibar Muradlı, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Qəbələ rayon Kötüklü kənd sakinləri COVCHEG layihəsi haqqda təqdimatı dinlədikdən sonra, fındıqçılıqla məşqul olan fermerlər layihəyə qoşularaq icma yaratmaq üçün səy göstəriblər. USAİD təşkilatının da dəstəyi ilə həmin istehsalçı qrupu uçün kiçik istehsal müəssisəsinin planı hazırlanır.

Unikal pomidor növü olan Marsan Pomidorunu yetişdirən Həlimət xanım, toxumlarını digər təsərrüfatçılarla bölüşərək biomüxtəlifliyin itməməsi üçün təqdirə layiq bir addım atmışdır.